Türkiyə ordusu "Fərat qalxanı” əməliyyatlarının 71-ci günündə 80 İŞİD hədəfini məhv edib.
Axar.az xəbər verir ki, gün ərzində baş verən qarşıdurmalarda Azad Suriya Ordusunun 3 döyüşçüsü həlak olub, 4 nəfər isə yaralanıb.
Xatırladaq ki, indiyə qədər Türkiyənin dəstəyi ilə 163 yaşayış məntəqəsi terrorçulardan azad olunub.