Türkiyənin  xarici  işlər naziri  Mövlud  Çavuşoğlu  İraq baş naziri Heydər İbadinin "Türkiyə ilə müharibəyə hazırıq” açıqlamasına cavab verib.

Avropa.info xəbər verir ki, Çavuşoğlu Türkiyənin İbadinin dediklərini diqqətə almadığını, təhlükəsizlik istiqamətində lazım olanların bundan sonra da ediləcəyini deyib.

"İraqın ərazi bütövlüyünü, müstəqilliyini bizdən daha güclü dəstəkləyən yoxdur. Bu günə qədər ayrılma istiqamətində meyl göstərənlərə də bu mesajı ən güclü şəkildə biz vermişik. Başqaları kimi mavi muncuq da heç bir zaman dağıtmadıq. İraqın təhlükəsizliyi və sabitliyi bizim öz təhlükəsizliyimiz və sabitliyimiz qədər əhəmiyyətlidir. İbadi bəzi ölkələrin qızışdırması ilə danışmaqdansa,  öz daxilindəki problemləri həll etsin. Sənin gücün varsa, niyə Mosulu İŞİD-ə  təslim etdin? Sən bir halda ki, bu qədər güclüsən niyə PKK illərdir sənin torpaqlarını işğal edir? Bir terror təşkilatına qarşı mübarizə edə bilmirsən , zəifsən, bundan sonra da qoçuluq etməyə qalxırsan, ritorika içinə girirsən. Bunlar bizim üçün boş şeylər. Biz öz tədbirlərimizi görəcəyimizi daha əvvəldən elan etdik. Hazırda da o tədbirlərimizi görürük”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300