Regional problemlərin həlli üçün İran Türkiyə ilə səmimi dialoqa hazırdır.
Axar.az xəbər verir ki, bunu İran Prezidentinin köməkçisi Əli Əkbər Salehi söyləyib. Onun sözlərinə görə, İran okeanın o tayından gələn ölkələrin iştirakı olmadan Türkiyə və Səudiyyə Ərəbistanı ilə danışıqlar masasına oturmağa hazırdır:
"Bölgənin iki böyük dövləti olan Türkiyə və Səudiyyə Ərəbistanı Yaxın Şərqdə böyük rol oynaya bilərlər. Bu rol regiondakı gərginliyi artırmağa yox, onu azaltmağa yönəlməlidir”.