Müsavat Partiyasının başqanı Arif Hacılı M.Ə.Rəsulzadənin yadigarı Rais Rəsulzadəni 70 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir: 

"Hörmətli Rais bəy!

Sizi 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, möhkəm can sağlığı, işlərinizdə uğurlar arzulayıram. 

Siz Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olan M.Ə.Rəsulzadənin nəvəsi və yeganə varisi olaraq Rəsulzadə irsinin, müsavatçılıq ideologiyasının yayılmasında, təbliğində müstəsna xidmətlər göstərmisiniz.

Stalin repressiyası illərində M.Ə.Rəsulzadənin ailəsi, eyni zamanda əksər qohumları həbs edildi, sürgünə göndərildi. Sizdə sürgündə anadan oldunuz. Uşaq ikən anasız qalmağın əzabını çəkdiniz, çətinliklə böyüsəz də, orta məktəbə gedib, yaxşı təhsil almaqla, gözəl rəsm əsərləri çəkməklə şagirdlər arasında həmişə fərqlənmisiniz.

Siz əzab, əziyyət və məşəqqətlər içində yaşasanızda maraqlı,millətə faydalı bir ömür yaşayırsınız.

Siz həm də Azərbaycanın görkəmli və tanınmış rəssamlarından birisiniz. Çəkdiyiniz rəsm əsərləri ilə Azərbaycan incəsənətinə böyük töhvələr vermisiniz. Çəkdiyiniz rəsm əsərləri sırasında natürmot, mənzərə, kompozisiya, portret, incəsənət tarixi, fərqli rəngkarlıq texnologiyası vardır. Azərbaycan incəsənətinin Bakıda, Moskvada, İstanbulda açılmış "Payız”, "Yaz”, "Novruz” sərgilərində, 1990-cı ildə "Yanvar-90” və akvarel sərgilərində, 1991-ci ildə "Yaz” və başqa sərgilərdə əsərləriniz nümayiş etdirilib.Siz həm də gözəl müəllim, istedadlı pedaqoq, yüksək mənəviyyat sahibi kimi tələbələrinizin və dostlarınızın böyük rəğbətini qazanmısınız.

Hörmətli Rais bəy!

Sizi bir daha yubileyiniz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, möhkəm can sağlığı, işlərinizdə uğurlar arzulayıram".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300