"Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov İsveçrə hökumətindən siyasi sığınacaq istəyib. Bu barədə vəkil Fuad Ağayev bildirib.

R.Mirqədirov dövlətə xəyanət ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. İttihamda bildirib ki, R.Mirqədirov erməni kəşfiyyatına işləmək üçün hüquq müdafiəçisi Leyla Yunus tərəfindən "ələ alınıb”.

Jurnalist 2014-cü ildə mühakimə olunub və demək olar ki, iki il həbsdə qalıb. Sonra şərti olaraq azadlığa buraxılıb.

R.Mirqədirov həbsdən öncə "Zerkalo” qəzetinin Türkiyədə xüsusi müxbiri olub. Orada yerli polis tərəfindən saxlanılıb və Azərbaycana göndərilib. Ancaq ailəsi orada qalıb. Beynəlxalq hüquq-müdafiə təşkilatlarının və İsveçrə hakimiyyətinin dəstəyi sayəsində onun xanımı və iki övladı bu ölkədə sığınacaq alıb.

Üç ay öncə Azərbaycan hakimiyyəti R. Mirqədirova ailəsinə baş çəkməyə icazə verib.

Jurnalist öz qərarını ailəsi ilə birləşmək istəyi, hələ də azadlığı və səhhəti üçün təhlükənin qalması ilə izah edib. Belə ki, ona qarşı ittiham hələ aradan qaldırılmayıb.

Beynəlxalq təşkilatlar R.Mirqədirovu "vicdan məhbusu” kimi tanıyıblar.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300