Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məşhur "Kurtlar vadisi” serialının Polat Alemdarı Necati Şaşmazı keçirdiyi tədbirə dəvət etməməsi ilə bağlı Pana Film şirkəti açıqlama yayıb.

BAKU.WS xəbər verir ki, "Pana Film”in məlumatında bildirilir ki, Necati Şaşmaz prezidentin iqamətgahında keçirilən Respublika günü ilə bağlı mərasimə səlahiyyətli şəxslər tərəfindən dəvət olunub.

"Lakin əvvəlcədən planlaşdırılan xaricə səfərə görə Şaşmaz mərasimdə iştirak edə bilməyib. Bu barədə prezidentin səlahiyyətli nümayəndələrinə də məlumat verilib. Yayılan xəbərləri Necati Şaşmaz haqqında son günlər sistemli şəkildə dərc edilən qaralama xarakterli xəbərlərin davamı kimi qiymətləndiririk. Bu xəbərləri yayan internet saytlarına hüquq çərçivəsində cavab veriləcək”, – məlumatda deyilir.

Qeyd edək ki, "Pana Film”in Türkiyədə baş verən 15 iyul dövlət çevrilişinə uğursuz cəhddən 2 ay əvvəl "Kurtlar vadisi Darbe” adının patentini alması üzə çıxmasından sonra Necati Şaşmazın əleyhinə KİV-də müxtəlif məlumatlar yayılıb. Bunlardan biri Şaşmazın polis bölməsinə çağırılaraq ifadəsinin alınmasıdır.


Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300