Ermənistan mətbuatında dərc olunan yazışmalara görə, Klintonun vitse-prezidenti türk ola bilərmiş

Bütün dünya "Vikileaks”in dərc etdiyi dünya diplomatlarının daxili elektron yazışmalarını maraqla izləyir. Bunların arasında Türkiyənin hakim Ədalət və İnkişaf partiyasına aid 400 min məktub, ABŞ diplomatlarının 2,8 milyon depeşası, Hillari Klintonun dövlət katibi olarkən 30 minə yaxın göndərdiyi və aldıqları məktublar, Demokrat Partiyanın serverindən oğurlanan 27 min yazışmalar var.

Musavat.com Ermənistan mətbuatına istinadən həmin məlumatlardan Ermənistanla bağlı bəzi faktları təqdim edir:

1. 2015-ci ilin aprelin 19-da Hillari Klintonun xarici siyasi məsələləri üzər müşaviri Ceyk Sallivan seçki qərargahının bir sıra rəhbər şəxslərinə, o cümlədən qərargahın rəhbəri Con Podestaya məktub göndərərək, onların qondarma "erməni soyqırımı” ilə bağlı bəyanatla çıxış edib-etməyəcəklərini soruşub.
 
Sallivan Klintonun həm senator , həm də prezidentliyə namizəd (2008-ci ildə) olarkən söylədiyi, lakin dövlət katibi postunda demədiyi "soyqırım” ifadəsini işlədib-işlətməyəcəyi  ilə də maraqlanıb.
 JakeSullivan.jpg
Ceyk Sallivan məktubunda Ağ Evin inadla "soyqırım” ifadəsini işlətməkdən qaçdığını qeyd edib.

Ceyk Sallivan Klintonun qərargahının qondarma "erməni soyqırımı” üzrə bəyanatla çıxış edib-etməyəcəyi, yoxsa erməni təşkilatlarından gələcək müraciətləri gözləməyin daha yaxşı olacağını da  xəbər alıb.

Bundan bir neçə saat sonra Podesta cavab məktubunda Roma papasının "soyqırım” haqqında söylədiyi sözlərin bəyanata daxil olunmasını təklif edib. Daha sonra isə Klintonun seçki qərargahı ümumiyyətlə belə bir bəyanat verməkdən imtina edib.

2. 2015-ci ilin sentyabrın 9-da Türkiyənin ABŞ-dakı səfirliyinin müşaviri İsmail Çobanoğlu seçki qərargahının rəhbəri Con Podestaya məktub göndərərək baş nazir Əhməd Davudoğlunun sentyabrın 26-30-da gerçəkləşdirəcəyi ABŞ səfəri zamanı xanım Klintona "nəzakət ziyarətini " həyata keçirmək niyyətini bəyan edib.

Ismail Cobanoglu

Maraqlıdır ki, Çobanoğlu bununla bağlı ilk öncə Dövlət Departamentinə yazdığını, lakin həmin qurumdan xanım Klintonun artıq dövlət katibi olmadığı barədə cavab aldıqlarını qeyd edib.

Çobanoğlu öz məktubunda Davudoğlunun Hillari Klintonu "vaxtilə həmkar olduqları müddətdə köhnə dostluqlarından dolayı” görmək istədiyini qeyd edib.
Elə həmin gün Con Podesta cavabında Hillari Klintonun iş qrafikinin olduqca sıx olduğunu, lakin bu görüşün imkan olarsa onun üçün prioritet xarakteri daşıyacağını bildirib. Podesta bu məqsədlə seçki qərargahının rəhbəri Huma Abedinin vəzifələndiriləcəyini diplomatın diqqətinə çatdırıb.

Картинки по запросу john podesta

Daha sonra Podesta Abedindən bu görüşü necə təşkil edəcəyini soruşub. Sonuncu isə Çobanoğluya verdiyi  yazılı cavabda Hillari Kllintonun bu görüşə çox şad olacağını, lakin həmin günlərdə görüşü gerçəkləşdirməyin çətin olacağını vurğulayıb: "Biz qrafik düzəldikdən sonra sizə xəbər edəcəyik”, deyə məktubda qeyd edilib. Həmin görüşün həqiqətən baş tutması barədə isə heç bir məlumat yoxdur.

3. 2010-cu ilin dekabrın 17-də dövlət katibi Hillari Klintonun aparat rəhbərinin müavini  Huma Abedin yazılı surətdə öz şefinə ABŞ-ın Federal apelyasiya məhkəməsinin qondarma soyqırım qurbanlarının 3 alman sığorta şirkətindən təzminat tələb edə biləcəyi barədə qərarını çatdırıb.

Картинки по запросу huma abedin

Maraqlıdır ki, həmin yazıda Abedin xarici işlər naziri Əhməd Davudoğlunun bu məhkəmə qərarı ilə bağlı olaraq Klintonla telefon söhbəti apardığını onun diqqətinə çatdırıb.
Növbəti gün isə Dövlət Departamentinin hüquqi məsləhətçisi Harold Kox Hillari Klintonun aparatının müavini Ceyk Sallivana və dövlət katibinin icraçı assistenti Co Mal-Manusa məhkəmənin qərarının surətini "olduqca vacib” qrifi ilə Klintona çatdırılmasını xahiş edir.
Maraqlı burasındadır ki, bundan sonra federal məhkəmə həmin qərarı ləğv edir. 
Nəhayət 2016-cı ilin martın 16-da Con Podesta Klinton administrasiyasına vitse-prezident vəzifəsini tutacaq 39 ismin adını göndərir. Həmin siyahıda Coca-Cola şirkətinin prezidenti, türk əsilli Muxtar Kentin də adı yer alır.

Qeyd olunur ki, Muxtar Kentin atası Necet Kent Türkiyənin Nyu-Yorkda baş konsulu olub.

Vaqif Hüseyn, musavat.com 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300