Xəbər verdiyimiz kimi, dünən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın iqamətgahında Cümhuriyyət günü qeyd olunub.
 
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, gecədə sənətçilər və siyasət adamları iştirak edib. Lakin bu il aktyor Necati Şaşmaz tədbirə dəvət almayıb.

Buna səbəb kimi, "Pana Film"in istehsalı olan "Kurtlar Vadisi Pusu"da qəbiristanlıq səhnəsində "Ərdoğan" məzarının görüntülənməsi göstərilir. Serialın baş rol qəhrəmanı Necati Şaşmaz da buna görə hər ildəkindən fərqli olaraq Ərdoğan və xanımının ziyafətinə qatıla bilməyib.
 
Gecədə "Kurtlar Vadisi Pusu"da bu və digər gizli detalların olduğunu iddia edən proqramın aparıcılarından olan müğənni Nihat Doğan da yer alıb. Məhz o, canlı efirdən N.Şaşmaza səslənərək bəzi səhnələr haqqında açıqlama tələb etmiş və onu prezidentə qarşı təxribatda günahlandırmışdı.



Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300