Aprel döyüşlərində Neftçala rayonundan da iki hərbçimiz - Milli Qəhrəman mayor Samid Gülağa oğlu İmanov və gizir Elimdar Səlimxan oğlu Səfərov qəhrəmancasına şəhid oldular. 

Biz Moderator.az olaraq torpaqlarımızın azadlığı uğrunda şirin canından keçən bütün şəhidlərimizin ruhunun qismən də olsa rahatlıq tapması üçün hər dəfə bir şəhid qapısını döyürük. Bu dəfə yolumuzu Neftçala rayonuna saldıq. İlk olaraq şəhid gizirimiz Elimdar Səfərovun ata evinə baş çəkmək üçün rayonun Aşağı Qaramanlı kəndində olduq. Bizi şəhid gizirimizin qardaşı Elizbar Səfərov qarşıladı. Atasını uşaqkən itirən şəhidimizin anası Aminə xanım da şəhidimizin vəfatından sonra özünü yaxşı hiss etdmədiyi üçün Bakıda müalicə olunur. Söhbətimizə şəhid gizirimizin qardaşı Elizbar Səfərovla başladıq:


Elizbar Səfərov:

"Daş karyerində işləyirdik...”
 
"Elimdar ailənin dördüncü uşağı idi, biz üç bacı, iki qardaşıq. Uşaqlığımız elə də yaxşı keçməyib. İmkansız idik. Atam xəstə olduğuna görə tək onun qazancı ilə bu ailəni dolandırmaq çox çətin idi. Elimdar orta məkəbdə oxuyanda mənimlə birlikdə dərsdən sonra kənddəki daş karyerində işləyirdik. O, məndən dörd yaş kiçik idi, amma bədəncə məndən çox böyük, cüssəli idi. Mən hərbi xidmətdən gələndən sonra onu tanımadım. İdmanla məşğul olduğu üçün çox qüvvəli olmuşdu. 2010-cu ildə hərbi xidmətə yollandı. Füzuli rayonunun ermənilər ilə təmas xətti olan kəndlərində xidmətə başladı. Altı ay xidmət edəndən sonra ordan gizirlik məktəbinə yazıldı. Altı ay gizirlik kurslarında oxudu. O, Xüsusi Təyinatlıların giziri olaraq xidmətə başladı. Milli Qəhrəman Samid İmanov Elimdarın qulluq etdiyi hərbi hissədə qərargah rəisi idi.
 
"Aprelin 1-də dayım oğluna özü zəng vurub deyib ki...”

Xidmət etdiyi vaxtlarda həmişə evə gəlib – gedirdi. Axırıncı dəfə martın 28 – də rayona gəldi. Öz 06 markalı avtomobili var, onunla gəldi. Maşını mənə verib dedi ki, səndə qalsın, maşını ustaya göstərərsən. Biz təlimdə olacağıq. Mən də inandım. Çünki həmişə təlimlərdə olurdu. Aprel döyüşlərində Elimdar ilə əlaqə saxlaya bilmədik. Aprelin 1-də dayım oğluna özü zəng vurub deyib ki, bizim üçün dua edin.

"Mən onda bildim ki, Elmidar şəhid olub...”

Elimdar aprelin 2-dən 3- nə keçən gecə şəhid olub. Onlar bir neçə erməni postunu alaraq Talış kəndini ermənilərdən təmizləyiblər. O, başından güllə yarası alıb və səkkiz saat sağ qalıb. Axşam saatlarında isə şəhid olub. Bizə xəbər gəldi ki, qardaşın yaralanıb, evə gətiririk. Mən onda bildim ki, Elimdar şəhid olub. Yaralı adamı evə niyə gətirsinlər ki. Yaralını hospitala apararlar. Aprelin 3-də gecə saatlarında Elimdarın cənazəsini gətirdilər. Onu birbaşa kənd məscidinə gətirdik. Gecəni orda saxlayıb səhəri gün aprelin 4-də məscidin həyətində olan kənd qəbristanlığında dəfn etdik.
 
"Nə qədər canım sağdı, Elimdarın adını yaşadacağam...”

Nə qədər canım sağdı, Elimidarın adını yaşadacağam. Onun xatirəsinə məscidin həyətində abidə tikdirdik. Elimdara görə verilən pulla məscidi təmir etdik. Çünki bu onun arzusu idi. Özü namaz qılıb, oruc tutan adam idi. Biz iki qardaş ibadət əhliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz çox sevinirik ki, sizin kimi adamlar onları xatırlayır, döyüş yollarını işıqlandırırsınız.
 
Elimdara görə verilən pulla məscidi təmir etdik, çünki bu onun arzusu idi- Şəhid gizirin qardaşı...
Şəhidimizin yaxın dostu Hatəm də Elimdarla bağlı fikirlərini bölüşür.

Elimdarın dostu Hatəm:

"Ötən il oktyabr ayında mənə dedi ki...”
 
 "O, həmişə rayona gələndə birinci məscidə gəlirdi, sonra atasının qəbrini ziyarət edib sonra evə gedirdi. Elimdar çox güclü uşaq idi. Elimdarın cənazəsini məscidə gətirəndə bütün kənd camaatı səhərə kimi onun cənazəsinin yanında oturdu. Ötən il oktyabr ayında mənə dedi ki, bir balaca fürsət gözləyirik ki, bizə komanda verilsin və ermənilərə hücum edək. Biz onlara göstərəcəyik döyüş necə olur. Elə də oldu. Elimdar şəhidlik zirvəsinə ucaldı. Elimdar şəhadət məktəbin dərk eləmişdi və o, bilirdi şəhidlik nədir. O, gözünü qırpmadan vətən uğrunda canından keçdi. Bu onun arzusu idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
 
Biz şəhidimizin ailəsinə başsağlığı verib yolumuzu Milli Qəhrəmanımız Samid İmanovun Həsənəbad qəsəbəsindəki ata evinə yollandıq. Növbəti yazımızda şəhidimizin ruhunu şad edəcək xatirələri oxucularımızla bölüşəcəyik. Bizi izləyin.

Vasif Əlihüseyn, moderator.az
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300