Dünyaca məşhur "Əpl” şirkəti böyük qalmaqala imza atıb.
 
Axar.az xəbər verir ki, şirkət İngiltərənin Birminqem şəhərində yaşayan 26 yaşlı Şəraqət Hüseyn adlı şəxsdən Səddam Hüseyn olmadığını təsdiq edən sənəd tələb edib.
 
Nüfuzlu "San” qəzetinin yaydığı məlumata görə, Hüseyn "Əpl” mağazasından bacısına telefon alıb. Lakin bacısı hədiyyə istəmədiyini deyəndən sonra Hüseyn telefonu geri qaytarmaq qərarına gəlib.
 
Mağaza 799 funt-sterlinqin kifayət qədər böyük məbləğ olduğunu, müştərinin yalnız bank hesabına köçürə biləcəklərini deyib.
 
Hüseyn şəxsi hesabı haqda mağazaya məlumat versə də, bir müddət pul köçürülməyib. 
 
Lakin günlərin birində Hüseynin elektron poçtuna "Əpl” mağazasından qəribə mesaj gəlib.
 
Mesajda iki uşaq atası olan Hüseyndən 2006-cı ildə edam edilən İraqın keçmiş lideri Səddam Hüseyn olmadığını təsdiq edən sənəd tələb olunub.
 
Bu hadisə İngiltərə mediasında yayıldıqdan sonra böyük səs-küyə səbəb olub. Rəsmi açıqlama verən "Əpl” şirkəti Şəraqət Hüseynin adının qara siyahıya düşmə ehtimalı olduğunu bildirib. Buna baxmayaraq müştəridən üzr istəyən şirkət pulu dərhal ödəyəcəyinə söz verib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300