Bu gün Gürcüstanda doqquzuncu çağırış parlament seçkilərinin II turu başlayıb.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, ölkənin 18 bölgəsində və 32 rayonunda başlayan seçkilər 50 dairə seçki məntəqəsində səsvermə keçirilir.
 
APA-nın Gürcüstan bürosunun müxbiri azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Qızılhacılı kəndində fəaliyyət göstərən 48 saylı seçki məntəqəsində olub. Bu məntəqənin daxil olduğu  dairədə "Gürcü Arzusu-Demokratik Gürcüstan” və "Vahid Milli Hərəkat” partiyalarının irəli sürdükləri namizədlər mübarizəyə aparırlar. Qızılhacıl seçki məntəqəsində 1465 seçicinin səsvermədə iştirakı gözlənilir. Qızılhacılı kənd orta məktəbinin qarşısına toplaşan seçicilər səhər saat 08.00-da başlayan səsvermə prosesində iştirak etmək üçün növbəyə durublar. Seçki məntəqəsində müşahidəçilər də seçkini izləyirlər.
 
Dünən oktyabrın 13-də saxlanılan 6 nəfər gəncdən Qızılhacılı kəndindən bir nəfər - Ruslan Zeynalov azadlığa buraxılıb. Dünən gecə saatlarında Ruslan Zeynalovun azadlığı atılan fişənglərlə qeyd olunub. Gecə saatlarında deputatlığa namizəd Tamaz Naveriani və Gürcüstan hökumətinin rəsmisi Sozar Subari də Qızılhacılıda olublar.
 
Marneuli 22 saylı dairə seçki komissiyasının sədri Koba Asanidze APA-ya açıqlamasında Marneuli ərazisində yaradılan 46 seçki məntəqəsində sakitlik hökm sürdüyünü, hələlik heç bir qayda pozuntusu olmadığını bildirib. Onun sözlərinə görə Marneulidə II tur seçkilərində 47.500 nəfər seçici səs verəcək.”
 
K. Asanidze oktyabrın 8-də qarşıdurma yaranmış Qızılhacılı kənd icra nümayəndəliyinin ərazisində hazırda 48, 49, 50, 83 və 89 saylı seçki məntəqələrində səsvermənin normal getdiyini bildirib.
 
Qeyd edək ki, seçkilər barədə mübarizə aparan partiyaların müxtəlif fikirləri yayılıb. "Gürcü Arzusu”nun məqsədi 49 dairənin 46-da seçkiləri udmaqdır. Ekspertlərin fikrincə, II tur seçkilərində "Gürcü Arzusu” qələbə çalacaq. "Gürcü Arzusu”nun parlamentdə 116-117 yer almaq imkanı var.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300