Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri, MTN-in keçmiş zabiti Ərəstun Oruclu özünün facebook səhifəsində keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun Londonun mərkəzində oğlunun adına 30 milyon funt-sterlinqə mülk alması barədə virtualaz.org saytının məlumatını şərh edib. 

Keçmiş MTN əməkdaşı yazıb ki, bu, hələ Eldar Mahmudovun Qərb ölkələrində aldığı daşınmaz əmlakın ancaq biridir. 

Əslində isə hakimiyyətdə antiqərb mövqeyinin əsas daşıyıcısı olan Mahmudovun Avropa ölkələrində çoxsaylı mülkləri var.


Ərəstun Oruclu yazır: "Əliyev hakimiyyətində antiqərb isteriyasının ən öndə gedən əsgərlərindən biri olan Eldar Mahmudovun oğlunun 30 milyon funt-sterlinq (təxminən 48 milyon dollar) dəyərində mülkü Londonun mərkəzində "tapıldı”. Amma bu, necə deyərlər, hələ jurnalıdır, çünki Mahmudovların daşınmaz əmlakının əsas hissəsi (təxminən yarım milyard dollarlıq) Avropanın digər ölkələrindədir (əsasən İspaniya və Çexiyada)”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300