Nəriman Əliyev haqqında araşdırma zamanı məlum oldu ki, "Ştutqart” mağazalar şəbəkəsi də ona məxsusdur.

Yaşanan son devalvasiya isə cənab Əliyevin biznesinə ciddi zərbə vurmuşdu.Belə ki, son devalvasiyadan sonra Nəriman Əliyevin avtomobil hissələri satan mağazalarında alver kifayət qədər zəifləyib. Bu səbəbdən deputat şəhərdəki bir-neçə mağazanı bağlayıb. Məlumatlı mənbənin sözlərinə görə, "Ştutqart” mağazalarını deputatın yaxın qohumları işlədir.

Bolgexeber.com bildirir ki,indiyə qədər Almaniyadan Azərbaycana avtomobil hissələri gətirən bu mağazalar kifayət qədər gəliri olub. Belə ki, maşın hissələrini ölkəyə idxal edən zaman gömrük rəsmiləşdirmələrindən yayınan "Ştutqart” mağazalar şəbəkəsinin gəlirinin böyük hissəsi Nəriman Əliyevi himayəsinə götürən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova verilirmiş. Eldar Mahmudovdan sonra himayəçisini itirən Nəriman Əliyev hazırda gömrük rəsmiləşdirmələrindən yayına bilmədyi üçün böyük ziyana düşdüyü deyilir.

Həmçinin məlum oldu ki, adıçəkilən şirkətin müştərilərə təqdim etdiyi məhsulların böyük bir qismi olduqca keyfiyyətsizdir. Mənbələrin məlumatına görə, son dövrlərdə avtomobil ehtiyat hissələri bazarında üstünlük təşkil edən Çin istehsalı malları satışına ən çox "Ştutqart” mağazalar şəbəkəsinin fəaliyyətində rast gəlinir.

Belə hissələr sonda ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Statistika göstərir ki, yol qəzalarının baş verməsində keyfiyyətsiz ehtiyat hissələrinin rolu böyükdür.

Hələ bu harasıdır, Nəriman Əliyevin mağazalar şəbəkəsinin mərkəzi ofisində və filiallarında belə hallar da olur ki, keyfiyyətsiz ehtiyat hissələri orijinal bağlamalarda satılır və satıcılar məhsullara zəmanət vermirlər.

Qeyd edim ki, "Ştutqart”dan başqa deputat İran məhsullarının Azərbaycanda satışını da həyata keçirir. Bu biznesə Nəriman Əliyevin qardaşı Azad Əliyev nəzarət edir. 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputat olan Nəriman Əliyevi hamı daha çox İranla yaxşı ticarət əlaqələri olan oliqarx kimi tanıyır.

 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300