Belə bir deyim var: Filankəsin əli qızıldır... Yəqin ki, bu bənzətmə indi tanıyacağınız Göygöl rayon sakininə çox yaraşacaq. O, gənc olmasına baxmayaraq, öz əl qabiliyyəti ilə çoxlarını heyran qoymağı bacarıb. Kibrit çöpləri və taxta parçalarından müxtəlif maketlər hazırlayan Elvin Cəfərovu birlikdə tanıyaq...

Məscid, kilsə, Qız qalası, Eyfel qülləsi... Bir-birindən fərqlənən bu maketləri ərsəyə gətirən 15 yaşlı Elvin Cəfərovdur. Onun ilk əl işi kibrit çöplərindən hazırladığı kiçik ev olub. Uşaqlıqdan bu işə maraq göstərən və 7 yaşında ilk maketini ərsəyə gətirən Elvin illər ötdükcə həm əl işlərinin sayını artırıb, həm də həcmini böyüdüb. Məsələn, bu məscidin hazırlanması 3 ay vaxt aparıb. Elvin bu maketdə 40 mindən artıq kibrit çöpü, bir litrə yaxın yapışqandan istifadə edib.

Elvin Cəfərov - Göygöl sakini: "Bu, Göygöldə olan Alban kilsəsidir. Memarlığı xoşuma gəlir. Həm də yaşadığımız Göygöl rayonunun bir abidəsidir. Bir ay vaxt sərf etmişəm, 20 mindən artıq kibrit çöpündən istifadə edilib".

Bu istedadlı yeniyetmə texnikaya olduqca maraqlı olduğundan, avtomobil və motosiklet maketlərini hazırlayarkən xüsusi zövq aldığını deyir.

Elvin Cəfərov: "Bu motosikleti bir həftəyə düzəltmişəm. Əsasən taxtadan istifadə etmişəm. Başqa material yoxdur. Sadəcə aşağı hissəsində dəmir var. Düzəldib, rəngləmişəm. Belə baxanda çox adam bilmir ki, taxtadan düzəldilib. Deyirlər, oyuncaqdır. Amma diqqətlə baxdıqda taxtadan olduğu bilinir".

Elvinin əl işləri iştirak etdiyi bir çox sərgilərdə maraqla qarşılanır. Hətta o, bir sıra diplomlarla da təltif olunub. Bu maketləri almaq istəyənlərin sayı da yetərincədir. Lakin Elvin böyük həvəs və maraqla ərsəyə gətirdiyi bu əl işlərindən ayrılmaq niyyətində deyil.

Elvinin bu günə qədər hazırladığı ən böyük əl işi Eyfel qülləsidir. Hündürlüyü 3 metr 5 santimetrdir. Şam materialından hazırlanıb. 5748 detaldan istifadə edilib.

"Bəs valideynlərin necə, bu işdə sənə dəstək olurlarmı?" sualına isə Elvinin cavabı belə oldu: "Bəli, dəstək olurlar. Hətta əl işləri hazırlayarkən mənə məsləhətlər də verirlər ki, o binanı və ya bu binanı düzəlt. Məsələn, bu bizim qədim tarixi binamızdır və sair".

10-cu sinif şagirdi olan Elvin Cəfərov ali məktəbə də hazırlaşır. O gələcəkdə memar olmaq arzusundadır. (Region TV)

 
 



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300