ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton "Elektron poçt” işi üzrə aparılan araşdırmalara münasibət bildirib.
 
Axar.az xəbər verir ki, xanım namizəd özünə güvəndiyini, bütün sübutların dəyişdirilmədən yayılmasını istədiyini bildirib:
 
"Amerika xalqı bütün gerçəkləri bilmə haqqına sahibdir. Bu büro (Federal Təhqiqatlar Bürosu (FTB). –red.) problem nədirsə, onu tezliklə xalqa açıqlamalıdır”.
 
Qeyd edək ki, FTB sabiq dövlət katibi barəsində aparılan istintaqı yenidən bərpa edib. Qurumun direktoru Ceyms Komi Konqresə göndərdiyi məktubda "Elektron poçt” işi üzrə aparılan araşdırmaların davam etdiriləcəyini bildirib.
 
Xatırladaq ki, Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar aparıb. O, iyulun 2-də FTB müstəntiqləri tərəfindən 3,5 saat dindirilib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300