Jurnalist hazırda Suriya və İraqdan gələn qaçqınlarla eyni düşərgədə müraciətinə cavab gözləyir 

Gənc jurnalist Fərahim İlqaroğlu Almaniyaya mühacirət edib. 


Bu barədə musavat.com-a açıqlamasında jurnalist özü məlumat verdi. Fərahim bildirdi ki, hazırda Almaniyanın şəhərlərindən birindəki qaçqın düşərgəsində qalır. Müsahibimiz Suriya və İraqdan gələn qaçqınlarla eyni düşərgədə, çadırlarda qalır: "Ailəmlə birgə gəlmişəm. Oğlum körpədir, bilirsiz. 8 aylıqdır. Burda da səhhətində müəyyən problemlər var. Nə zaman müraciətimizə cavab veriləcək, bilmirəm. Uşaqla birgə çox çətindir”. 

Həmkarımız söylədi ki, onların müraciətinə yaxın 6 ay müddətində cavab veriləcək. Həmin müddətdə isə jurnalist və ailəsi bir neçə düşərgəyə transfer olunacaqlar. F.İlqaroğlu onları çətin bir mərhələnin gözlədiyini dedi. 

Jurnalist ölkədə iş tapa bilmədiyi və həyatına təhlükə hiss etdiyi üçün mühacirət etdiyini bildirdi: "Özümə də, ailəmə də təhlükə hiss etdim. Ailəmin təhlükəsizliyini təmin etməli idim. Bu səbəbdən də Almaniyaya gəldim”. 

Müsahibimiz bundan artıq məlumat verə və detallara toxuna bilməyəcəyini dedi. 
Musavat.com xatırladır ki, F.İlqaroğlu uzun müddət "Yeni Müsavat” qəzetində və APA holdinqdə çalışıb. O, Azərbaycan jurnalistikasının son illərdə imzası tanınan gənc reportyorlarından idi. 

Image result for fərahim ilqar

Image result for fərahim ilqar

Sevinc, musavat.com  

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300