Beyləqan rayon sakini Anar Zeynalov tərəfindən saytmızın elektron poçtuna sensasion şikayət məktubu daxil olub.

Rayon sakini Anar Zeynalov şikayət ərizəsində Beyləqan rayon Məhkəməsinin hakimi Nəsurulla Əliyevin əməllərindən gileylənir.


 Həmin şikayət ərizəsini təqdim edirik:

«Nəzərinizə çatdırmaq istərdim ki, Beyləqan rayon Məhkəməsinin hakimi Nəsrullah Əliyev son günlərdə onu Azərinews,tv saytında təhqir etmiş, onu rüşvətxor hakim adlandırmış Qasımov Vüqar Vaqif oğlunun, Nəsibov İsmayılın və Eyvazov Gəray Balay oğlunun əsirinə çevrilməsi bir ictimi aktiv rayon sakini kimi məni çox narahat edir.

Belə ki, Qasımov Vüqar Vaqif oğlu həmin saytda gedən məqaləsində Nəsrullah Əliyevi rüşvətxor hakim adlandıraraq, Nəsrulalh Əliyevin psixoloji durumunda problem olduğunu bildirərək nədənsə hakimi özündən asılı vəziyyətə salmışdır.
Bunun nəticəsidir ki, Qasımov Vüqar Vaqif oğlu birbaşa Nəsrullah Əliyevə təsir edərək ona aidiyyəti olmayan məhkəmə proseslərinin nəticəsini əvvəlcədən dəyişir.

Düşünürəm ki, müstəqil hakimin kimlərinsə təsiri altına düşməyi Beyləqan əhli üçün çox qorxunc haldır!

Odur ki, Sizdən xahiş edirəm sözügedən qruplaşma tərəfindən təsir altında saxlanılan hakimin nə səbəbdən onların sözügedən məqalələrindən sonra onların təsiri altına düşdüyünün araşdırılmasında mənə köməklik edəsiniz.

Zərurət yaranarsa Qasımov Vüqar Vaqif oğlunun Azərinews.tv saytında hakim Nəsrullah Əliyev haqqında yayımladığı məktubun surətini aidiyyəti əməkdaşlara təqdim edə bilərəm».

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300