Alpaqut Federasiyasının Ağdam rayon filialının nümayəndələri və idmançılar cəbhə bölgəsində xidmət edən, vətənin keşiyində dayanan əsgərləri ziyarət ediblər.

 

Uluyol.info xəbər verir ki, Ağdam rayonunun təmas xəttində yerləşən N saylı hərbi hissədə keçirilən bu görüşdə əsas məqsəd əsgərlərə xoş ovqat bəxş etmək, gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət olub.


Alpaqut Federasiyasının Ağdam rayon filialının rəhbəri Ruslan Quliyev başda olmaqla idmançılar düşmənlə üz-üzə olan postlarda əsgərlərin vəziyyəti, yataq, yemək, döyüş şəraiti ilə tanış olub, işğal altındakı ərazilərimizi və düşmən mövqelərini müşahidə ediblər.


Döyüşkənlik ruhu aşılayan, soykökümüzə, tariximizə bağlılığı təcəssüm etdirən türkün qədim döyüş sənəti "alpaqut"barədə də əsgərlərimizə geniş məlumat verilib.Müxtəlif döyüş fəndləri əyani şəkildə nümayiş olunub.

 

Qonaqlar əsgərlərə çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayaraq, onlarla qürur duyduqlarını bildiriblər.

.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300