Milli Məclisin plenar iclasında "Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliklərlə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Onun sözlərinə görə, dəyişikliyə əsasən, Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımaları ilə bağlı əlavə rüsumların dərəcələri müəyyənləşdirilib.

Belə ki, "Dövlət rüsumu haqqında” qanunun 24-cü (Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri) maddənin 7-ci bəndi dəyişdirilir.

Qeyd olunan bəndin yeni variantına görə, Beynəlxalq Nəqliyyat Forumunun "İcazə”lərinin ("Avropa Nəqliyyat Nazirlər Konfransı”nın jurnallarının) satışına görə:

– Atmosfer havasına atılan zərərli maddələr üzrə "Avro-4” ekoloji normalara uyğun olan yük nəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir olan "İcazə”lərin (jurnalların) hər bir vahidinə görə 500 ABŞ dolları;

– Atmosfer havasına atılan zərərli maddələr üzrə "Avro-5” və daha yüksək ekoloji normalara uyğun olan yük nəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan "İcazə”lərin (jurnalların) hər bir vahidinə görə 300 ABŞ dolları;

– Yük nəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan "İcazə”lərin (jurnalların) hər bir vahidinə görə 100 ABŞ dolları tələb olunacaq.

Bəndin hazırda qüvvədə olan variantı isə belədir:

"Avropa Nəqliyyat Nazirlər Konfransının” jurnallarının satışı-hər bir vahidə görə, 500 ABŞ dolları tələb olunur.

Layihə səsə qoyularaq qəbul edilib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300