2016-cı ilin noyabrında Yer kürəsində 15 gün ardıcıl olaraq tam qaranlıq olacaq.
 
Publika.az xəbər verir ki, bu haqda ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) bildirib.
 
Son vaxtlar Yer planetinin vəziyyəti və onda baş verəcək dəyişikliklər haqqında xeyli məruzələr edilib, amma onlardan heç biri reallaşmayıb. NASA bu dəfə təsdiq etdi ki, 15 gün ərzində planetimiz tam qaranlıqda olacaq.
 
NASA-nın məlumatına görə, bu, uzun müddət astronomlarun fikirlərində ziddiyyətlər yaradırdı. Sonda onlar bildirdilər ki, dünya noyabrın 15-də saat 3:00-da qəribə hadisəni sınaqdan keçirəcək və bu, təxminən 30 noyabr saat 4:45-ə kimi davam edəcək.
 
Mütəxəssislər hesab edirlər ki, bu proses Venera və Yupiterin arasındakı astronomik hadisələrin nəticəsidir. NASA-nın başçısı Çarlz Bolden bununla bağlı 1000 səhifəlik sənədi dərc edib. O, gözlənən hadisəni Ağ Ev üçün xüsusi olaraq ətraflı izah edib.
 
İddia edilir ki, Venera Yupiterin cənub-qərbinə keçəcək və 10 dəfə daha parlaq olacaq. Veneranın işığı Yupiterdəki qazları qızdıracaq və öz növbəsində reaksiyaların baş verməsinə gətirib çıxaracaq. Reaksiya nəticəsində kosmosa görünməmiş miqdarda hidrogen buraxılacaq və təxminən 2:50-də Günəşlə əlaqəyə girəcək. Hidrogenin günəşlə əlaqəyə girdiyi dəqiqədə səthdə ən güclü partlayış olacaq və temperatur bir an ərzində 9 min dərəcəyə qədər artacaq.
 
Belə yüksək temperatur nəticəsində Günəş rəngini dəyişdirəcək və göyümtül çalar olacaq. Beləliklə, dünyanın qaranlığa qərq olması prosesi başlayacaq və bu, təxminən 14 gün davam edəcək.
 
"Biz tutulma nəticəsində hər hansı ciddi nəticələr gözləmirik. Tək effekt Yer kürəsində temperaturun 6-8 dərəcə yüksəlməsi olacaq. Bu əsasən qütb rayonlarına təsir edəcək. Narahatlıq üçün heç bir səbəb yoxdur. Bu hadisə Alyaskada qış dövründə olacaq”, – Bolden deyib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300