Türkiyənin hərbçilərini İraqdan geri çağırmaq niyyəti yoxdur. APA-nın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Ankarada mətbuat konfransında bildirib.   

 

"İraqın baş naziri Heydər əl Abadi 2014-cü ildə Ankaraya səfəri zamanı İraq hərbçiləri və polislərinə təlim keçirilməsinə dair müraciət edib. Bizim hərbçilər İraqa təlimatçı qismində gedib, onların fəaliyyəti təlimlə kifayətlənir. Təlim iştirakçılarının sayından asılı olaraq, təlimatçıların sayı dəyişə bilər.  Hazırda hərbçilərimizin İraqdan çıxarılması barədə söhbət getmir”, deyə Ərdoğan qeyd edib.     

 

O əlavə edib ki, dekabrın 21-də Türkiyə, Şimali İraq Kürd Muxtariyyəti və ABŞ arasında görüş baş tutacaq. Görüşdə İraqdakı vəziyyət müzakirə ediləcək. (APA) 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300