BMT İŞİD terror təşkilatının İraqın Mosul şəhərindən 8 min ailəni girov götürdüyünü bəyan edib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Cenevrədə mətbuat konfranslı keçirən BMT-nin İnsan Haqları Komitəsinin nümayəndəsi Ravina Şamdasani 10 minlərlə kişi, qadın və uşağın Mosuldan qaçırıldığını və onlardan canlı sipər kimi istifadə ediləcəyini deyib.

Şamdasani deyib ki, İŞİD həmin insanları hərbi bazalarına yığıb. O, həmçinin əlavə edib ki, terrorçular bu həftənin çərşənbə günü 190-ı İraq ordusunun keçmiş üzvü olmaqla 232 mülki insanı qətlə yetirib.

Qeyd edək ki, Mosul əhalisinin sayına görə İraqın ikinci böyük şəhəridir. Burada kürd, türkmən və ərəblər birgə yaşayır və şəhər 2014-cü ildə İŞİD tərəfindən ələ keçirilib. Bu ilin 17 oktyabr tarixində isə İraq ordusu kürd hərbi birləşmələri ilə birgə Mosulu azad etmə əməliyyatına başlayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300