Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev barəsində olan birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

 

Lent.az-a bu barədə Fəxrəddin Mehdiyev məlumat verib. Vəkil bildirib ki, artıq şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. F. Mehdiyev sabiq banker barəsində bəraət hökmünün çıxarılmasını istədiklərini deyib. İşə yaxın günlərdə baxılacaq.


Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, "İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il

İlqar Abdullayev 6 il 6 ay, Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 7 il 23 gün, Anar Sultanov 7 il 6 ay, Məhəmməd Cahangirov 7 il 6 ay, Kənan Orucov 7 il 6 ay , Azad Cavadov 10 il 11 ay müddətinə azadlıqdan məhrum ediliblər.  İlqar Abdullayev, Məhəmməd Cahangirov və Kənan Orucov şərti cəza alaraq azad olunublar. Bakı Fındıq Zavodunun direktoru olmuş Azad Cavadov 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan A. Cavadov məhkəmə zalındaca həbs edilib.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300