Masallının Zuvand kəndinə giriş yolu bağlanıb. Xəbər verdiyimiz kimi, Lerik rayonunun Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində – "Dağlar qapısı” deyilən ərazidə isə dağ uçqunu baş verib.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Hər iki prosesin sürüşmə ilə bağlı olduğunu deyən S.Əmiraslanov bildirib ki, Lerikə qarın yağması nəticəsində Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunda suxurlar arasındakı boşluq yuyulub: "Nəticədə yolun 10-cu kilometrliyində ucqun baş verib. Yoldakı ən böyük ucqun kütləsinin ölcüsü 5 metrdir. Bu proses yolun təxminən 35-40 metr hissəsini əhatə edir. Hazırda yol istismar idarəsinin texnikaları yolun açılması üçün tədbirlər görür”.

S.Əmiraslanov Masallının Zuvand kəndində də müvafiq strukturlar tərəfindən yolun açılması üçün tədbilərin görüldüyünü söyləyib.

O, hazırda ölkədəki digər sürüşmə sahələrində də aktivləşmənin müşahidə edildiyini bildirib.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300