ABŞ-ın birinci xanımı Mişel Obama prezident postuna Demokratlar Partiyasının namizədi Hillari Klintona dəstək nümayiş etdirib.

Noyabrın 8-də ABŞ-ın 45-ci prezidenti seçiləcək. Dövlət başçısı postuna iki şanslı iddiaçı var: Demokratlar Partiyasından Hillari Klinton, Respublikaçılar Partiyasından Donald Tramp.

Novator.az-ın məlumatına görə, Şimali Karolina ştatında keçirilən seçkiqabağı mitinqdə Mişel Obama amerikalıları Klintona səs verməyə çağırıb və Hillarini "mənim qızım” adlandırıb: "Hillari Klinton mənim rəfiqəmdir”.

Birinci xanım ABŞ prezidentinin üstün keyfiyyətlərə malik olmasının vacibliyini vurğulayıb: "Biz istəyirik ki, prezident öz işinə ciddi yanaşsın. Dövlət başçısı elə bir şəxs olmalıdır ki, ona nüvə kodlarını etibar edə bilək”.

Mitinqdə çıxış edən Hillari Klinton da öz növbəsində Mişel Obamaya söz verib ki, seçkidə qalib gələrsə, onun Ağ evin çəmənliyində əkdiyi bostanın qayğısına qalacaq.

Mişel və Hillari həmyerlidirlər. Onların hər ikisi Çikaqoda doğulub.

Mişel Obama 1985-ci ildə Prinston Universitetini (sosiologiya bakalavrı), 1988-ci ildə Harvard Hüquq Məktəbini (hüquq doktoru) bitirib. İlk iş yeri "Sidli Ostin” hüquq firmasında olan Mişel burada Barak Obama ilə tanış olaraq ona ərə gedib.

1992-ci ildə Çikaqo merinin köməkçisi, daha sonra meriyanın planlaşdırma və inkişaf üzrə komissar müavini vəzifələrini tutub. 1993-96-cı illərdə qeyri-kommersiya qurumlarında çalışan xanım Obama daha sonra Çikaqo Universitetində dekan köməkçisi olub. 2002-ci ildə Mişel həmin universitetin nəzdində Akademik Tibb Mərkəzinə icraçı direktor təyin olunub. 2005-ci ildən həmin mərkəzin vitse-prezidenti olub.

69 yaşlı Hillari Klinton 1969-cu ildə Uellsli Kollecini, 1973-cü ildə Yel Universitetinin hüquq fakültəsini bitirib. O, 1993-2001-ci illərdə ABŞ prezidenti olmuş Bill Klintonun həyat yoldaşıdır. 2009-2013-cü illərdə ABŞ-ın dövlət katibi postunu tutub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300