Gənc oğlan dindirmə zamanı polis rəisinin telefonunu oğurladı - VİDEO
 
Rusiyanın Kazan şəhərinin sakini dindirmə zamanı polisin telefonunu oğurlayıb. 
 
BAKU.WS-in məlumatına görə, dələduzluq maddəsi ilə saxlanılmış şəxs 500 rubl cəriməylə canını qurtara bilərdi. Ancaq polisin telefonunu oğurladığı üçün ona 4 ay həbs cəzası verilib. 

Hadisəni törədən 26 yaşlı sakin Kamil Kutdusovun bu əməli müşahidə kamerasına düşüb. Polisin telefonunu ustalıqla götürüb cibinə qoyan oğru irəli düşdüyünü zənn edib. Ancaq polis telefonunu axtarmağa başladıqdan sonra işin üstü açılıb. Kadrlardan da görünür ki, sahə müvəkkili öz telefonunu masaya qoyur və ondan sonra kabinetdən çıxır. Cinayətkar şəxs otaqda heç kimin olmadığından istifadə edərək mobil telefonu cibinə qoyub.

Qeyd edək ki, polis Kutdusovun ictimai yerdə sərxoş halda asayişi pozduğu üçün saxlayıb. Bölmədə ona 500 rublda cərimə yazıblar. Məhkəmə isə cəriməni onun əmək haqqının 10%-i həcmində tutulması barədə qərar qəbul edib. Oğurluq faktına görə isə Kamil 4 aylıq islahedici müəssisəyə məhkum edilib.



 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300