Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrından ayrılıb. 

Bu barədə AzNews.az-a sözügedən teatrdan məlumat verilib. Sənətkarın Akademik Milli Dram Teatrından işdən qovulan Hikmət Rəhimova qarşı edilən haqsızlığa etiraz əlaməti olaraq belə bir addım atdığı deyilir.

Məlumata görə, F.Poladov teatrın rəhbəri, Xalq artisti Azər Paşa Nemətovdan Hikmət Rəhimovun geri qaytarılmasını xahiş edib. Müsbət cavab ala bilməyən sənətkar teatrda oynayacağı rolları ilə vidalaşaçağını dilə gətirib.

Xalq artisti Fuad Poladov AzNews.az-a açıqlamasında məsələ ilə bağlı əlavə şərh verə bilməyəcəyini deyib.

Aktyor Hikmət Rəhimov isə məsələni təsdiq edib: "Bunu deməliyəm. Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad Poladova minnətdaram. Polis bölməsinə, rayon polis idarəsinə məndən xəbərsiz gedən və mənə görə oradakılara narahatlığını bildirən və sonra teatrdan çıxdığını açıqlayan Fuad Poladovdur. İnanın səmimiyyətimə, bununla fəxr etmirəm və şok da yaşamıram. Çünki bu, Fuad müəllimdir. Hər gün mənə ən azı 2 dəfə zəng vurub, ürək-dirək verən Fuad müəllim. Mən sizə bu dünyada da, o dünyada da minnətdaram. Bunu heç kim eləməzdi - heç kim. Hər şeyə görə çox sağ olun”.

Qeyd edək ki, Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrında "Şah Qacar” tamaşasında baş rolun ifaçısı olub. Tamaşanın rejissoru isə Azər Paşa Nemətovdur.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300