İordaniya hökuməti növbəti ərəb ölkələri sammitini keçirməyə razılıq verib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar Yəmənin sammiti keçirməkdən imtina etməsindən sonra verilib. Bunun üçün birliyin baş katibi Əhməd Abul Heyt Əmmana məktub göndərərək sammitin keçirilməsini təşkil etməyə çağırıb.
Ərəb ölkələri dövlət başçılarının növbəti görüşü gələn ilin martında gözlənilir.