facebook foto ile ilgili görsel sonucu

 

Sosial şəbəkədə yazdıqlarına görə həbs olunanlar, vəzifəsini itirənlər və... öldürülənlər... 

 


"Bilmirsən onu niyə tutublar?” 

Son vaxtlar Azərbaycanda hansısa siyasi fəalın və ya jurnalistin həbsindən sonra verilən bu suala ilkin olaraq "yəqin ki, facebook statusuna görə” cavabı verilir. Çünki ölkədə sosial şəbəkədə yazdıqlarına görə təqib edilən, təzyiqlə üzləşən, həbs olunanlar... çoxdur. Doğrudur, bu zaman rəsmi sənədlərdə həmin şəxslərin həbsinə tamam başqa don geyindirilir: xuliqanlıq, ictimai asayişin pozulması, narkotik maddələrin satışı... və ağlınıza gələ biləcək hər şey. Amma fakt budur ki, artıq ölkəmizdə "facebook məhbusları” söz birləşməsi var və bu, necə deyərlər, vətəndaşlıq hüququ qazanıb. 

Amma "Yeni Müsavat” facebookun dünya üzrə insanların həyatına necə təsir etdiyini araşdırıb və məlum olub ki, sosial şəbəkəyə görə işini, azadlığını və gələcəyini itirənlər çox olub. Onları yada salaq: 

İRANDAN AMERİKAYA .... STATUS MAĞDURLARI... 

2014-cü ildə Güney Azərbaycanın Kəleybər şəhərinin sakini, universitet müəllimi Mehdi Purbayram saxlanılıb. Təhlükəsizlik qüvvələri yanvarın 26-da Kəleybər şəhərində M.Purbayramın ata evinə müraciət edib, azərbaycanlı müəllimi yaxalayıb və naməlum istiqamətə aparıblar. Müəllimin saxlanılmasının onun Facebook şəbəkəsində fəaliyyəti ilə əlaqəli olub. 

 ABŞ-ın Atlanta ştatında bir qadın "Facebook" sosial şəbəkəsi vasitəsilə polis əməkdaşını zabitini təhdid etdiyi üçün həbs olunub. Şərqi Poynt polisi bildirib ki, əsl adı Eboni Monika Dikens olan Tiffani Milan adlı qadın "Facebook"da təhdid xarakterli status yazıb. O, bütün ağdərili polisləri öldürməyə çağırış edib.


"Bütün qaradərililər ayağa qalxmalı və ölkədə bütün ağdərili polislərə atəş açmalıdırlar, elə indidən. Mən qaraların ağları öldürməsinə bəraət qazandırıram. Lənətə gəlsin, onlar bizə qarşı olan cinayətlərə göz yumurlar", - deyə statusda bildirilib. ABŞ yerli vaxtı ilə saat 9:30-da Monika Dikens saxlanılıb. Hazırda o, terror təhdidlərini özündə əks etdirən mesajların yayılmasına görə yerli həbsxanadadır.

Daha bir fakt isə 19 yaşlı Texas sakini ilə bağlıdır. O, digər istifadəçilərlə söyüşərkən, zarafatyana hansısa məktəbin şagirdlərini güllələməyi düşündüyünü yazmışdı. Hakimiyyət bu zarafatı anlamadı və terrora səsləyən statusun sahibini həbs etdi. 

NAZİR MÜAVİNİ STATUSA GÖRƏ KRESLOSUNU İTİRİB 


Rusiyada iqtisadi inkişaf nazirinin müavini Sergey Belyakov ictimai şəkildə fikir bildirdiyinə görə vəzifəsindən azad edilib. Müvafiq qərar bu ilin 6 avqustunda hökumətin saytında yer alıb. 


"Belyakov S.Y-nın tutduğu vəzifədən azad edilməsi ondan tələb olunan "Rusiya Federasiyasının dövlət xidmətindəki vətəndaşlarla bağlı” qanunun 1-ci maddəsinin 10-cu hissəsini pozması ilə bağlıdır. Bu maddəyə görə dövlət qulluqçusuna dövlət orqanları və öz rəhbərləri ilə haqqında dəyərləndirici müzakirə və ictimai şəkildə fikir səsləndirmək qadağandır” – deyə sənədin mətnində bildirilir.

Belyakov 6 avqustda öz Facebook səhifəsində pensiya yığımında moratoriumun (ödəmə müddətinin uzadılması) uzadılmasından təəssüf hissi keçirdiyini yazmışdı. O, bunun Rusiya iqtisadiyyatına mənfi təsir edəcəyini bildirmişdi. 

Banqladeş Mühəndislik və Texnologiya Universitetinin müəllimi Hafizur Rahman 2012-ci ildə "Facebook"da yazdığı statuslardan birində baş nazir Şeyx Hasinəni ölümlə hədələyib. 
"Biz ovçuyuq, biz birinci sənin başını sonra isə mədəni vuracağıq. Daha sonra başını kəsib universitetin qarşısında nümayiş etdirəcəyik ki, bundan sonra heç bir kaftar BUET-ə (Banqladeş Mühəndislik və Texnologiya Universiteti) hücum etməyə cürət etməsin",- deyə müəllim status yazıb.  Ancaq bu statusu Rahmana baha başa gəlib. Məhkəmə onu baş naziri ölümlə hədələməkdə təqsirkar bilərək  7 il həbs cəzasına məhkum edib.

Qeyd edək ki, müəllimin bu statusu "Facebook"da yazması zamanı universitetin tələbələri hökumət tərəfindən təyin edilmiş rektorun istefa verməsi tələbi ilə aksiyalar keçirirdilər. 

BİR STATUSA GÖRƏ 30 İL HƏBS 

Tayland vətəndaşı «Facebook»da ölkənin 86 yaşlı kralı Pumipon Adulyadeti təhqir etdiyinə görə 30 il müddətinə həbs cəzasına məhkum edilib. Məhkəmə Ponqsak Sriboonpenq barədə hökm çıxararkən onun kralla bağlı təhqir məzmunlu 6 statusunu əsas gətirib. Bu, Taylandın məhkəmə tarixində ölkə rəhbərini təhqirə görə verilmiş ən ağır cəzadır.  
Qeyd edək ki, Taylandda kral ailəsini təhqir edən materiallar yaymağa görə nəzərdə tutulan cəza olduqca sərtdir.

İttihamın hər maddəsi ümumi cəzaya daha 15 il əlavə edə bilər. 
Vəkilin sözlərinə görə, Ponqsak Sriboonpenq hər statusuna görə 10 il həbs cəzası alıb. Lakin məhkəmə yekun qərarını verərkən cəzanı iki dəfə azaldıb. 

Türkiyədə isə jurnalist Yaşar Alma ölkə prezidenti Rəcəb Teyyub Ərdoğanı tənqid edən şərhi bəyəndiyi üçün 23 aylıq həbslə üzləşib. Yaşar Alma yerli mətbuata bildirib ki, yarım saatdan sonra o, "laykı” silib, "amma artıq evimə polis gəlmişdi”, - o deyib. Türkiyədə təhqirə görə 3 aya qədər həbsdə yatmaq olar. Ancaq hökumət adamlarını təhqir etmək və mətbuatda kimisə təhqir etmək cəza müddətini artıra bilər.

ƏN BİABIRÇI FAKT AZƏRBAYCANDA – STATUSA GÖRƏ ÖLÜM 

Azərbaycandakı faktları yada salaq. AXCP Gənclər Komitəsi İdarə Heyətinin üzvü Nuranə Süleymanzadə  bu ilin iyulun 30-da Suraxanı Rayon Polis İdarəsinə çağırılıb və ona facebookda tənqidi statusuna görə şifahi xəbərdarlıq edilib.

"Yeni Müsavat”ın köşə yazarı Zamin Hacı da yazdığı statusa görə bu ilin mayında Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Ona da Binəqədidə bina yanan zaman yazdığı statusa görə xəbərdarlıq edilib. Z.Hacı həmin statusunda əhalini binalarının üstündəki penoplastları sökməyi məsləhət görmüşdü. 

Gənc fəal Əbdül Əbilov 2012-ci ilin noyabrın 22-də tutulub. Əbdül Əbilov narkotik alverində ittiham olunur. Ailəsi onun "Facebook”dakı fəallığına görə həbs olunduğunu iddia edir. Əbdül Əbilov "Facebook”da "Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.


Amma Azərbaycan miqyasında facebook statusuna görə ən acı aqibət jurnalist Rasim Əliyevin başına gəlib. Bu ilin avqustun 9-da bir qrup şəxs tərəfindən döyülən ann.az saytının əməkdaşı Rasim Əliyev müalicə aldığı xəstəxanada dünyasını dəyişib. R.Əliyev öz facebook səhifəsində "Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynov haqda tənqidi fikir yazandan sonra sonuncunun yaxınları jurnalisti ölümcül vəziyyətdə döyüblər və həkimlər onun həyatını xilas edə bilməyib. 

Səfir Arif Məmmədov öz vəzifəsini facebook statusuna görə itirib. O, sosial şəbəkədə Binəqədidə baş verən bina yanğınına görə hakimiyyəti yüngül şəkildə tənqid etmişdi. 

Ən son olaraq, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da facebookda yazdığı statuslara görə, 3 maddə ilə cinayət məsuliyyətinə cəlb edilib və həbsə atılıb. 

Sevinc TELMANQIZI, 
Musavat.com 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300