F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb

Jam.az saytının hazırda həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlunun həbs müddəti artırıla bilər.

Azadlıq Radiosunun məlumatına görə, jurnalistə açılmış cinayət işi üzrə müstəntiq F.Fərəməzoğlunun həbs müddətinin 3 ay artırılması barədə vəsatət, baş prokurorun birinci müavini Rüstəm Usubov isə təqdimat verib.

Vəsatət və təqdimata baxacaq heyət, hələ, açıqlanmayıb.

Jurnalistin vəkillərindən Elçin Sadıqov həbs müddətinin artırılması ilə bağlı vəsatət və təqdimatın qanunsuz olduğunu deyir. «Çünki Fikrət Fərəməzoğlunun qaçıb gizlənəcəyi, istintaqa, məhkəməyə təzyiq edəcəyi, sübutları saxtalaşdıracağı, yenidən cinayət törədəcəyi barədə fərziyyələri əsaslandıracaq heç bir dəlil yoxdur», – vəkil bildirib.

Vəkil həmçinin, həbsdə olduğu 4 ay ərzində F.Fərəməzoğlu barəsində cəmi bir dəfə istintaq hərəkətinin aparıldığını qeyd edib.

F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. O, Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsi ilə ittiham olunurdu.

Ötən həftə jurnalistə qarşı yeni ittihamlar irəli sürülüb. Yeni ittihamlar Cinayət Məcəlləsinin 182-ci maddəsinin üç hissəsi ilə bağlıdır. Əvvəlki ittihamdan daha ağırdır. Jurnalist qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən (CM 182.2.1), təkrar (CM 182.2.2) və xeyli miqdarda əmlak əldə etmək məqsədilə (CM 182.2.4) hədə qorxu ilə rüşvət tələb etməkdə ittiham olunur. Bu ittihamlar sübuta yetirilərsə, onu əmlakı müsadirə olunmaqla 10 ilədək həbs gözləyir. Əvvəlki ittihamda isə maksimum 8 il həbs cəzası nəzərdə tutulurdu.

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman «24 saat» qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il azadlıqdan məhrum etmişdi.

(Azadlıq radiosu)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300