Azərbaycanda, özəlliklədə paytaxt Bakıda fəaliyyət göstərən özəl klinikaların fəaliyyəti ilə bağlı şikayətlərin, narazılıqların ardı-arası kəsilmir. Vətəndaşlar xüsusilə bu tibb müəssisələrində qiymətlərin həddən artıq yüksək olmasından, sözün həqiqi mənasında soyğunçuluğun baş alıb getməsindən, yanlış müayinə və müalicə hallarının tüğyan etməsindən gileylənirlər. 

Bundan başqa, özəl klinikalarda bir sıra qanunsuzluq hallarının, əsasən də vergidən yayınma hallarının baş alıb getdiyini bilməyən yoxdur.

Bütün bunlar fonunda onlara "qaşın üstə gözün var” deyilməməsi isə təbiidir. Məsələ burasındadır ki, ölkəmizdə fəaliyyət göstərən əksər özəl tibb müəssisələrinin faktiki sahibləri vəzifəli şəxslərdir. Bunu Qaynarinfo.Az saytının apardığı araşdırma da təsdiqləyir. 

Araşdırma zamanı ortaya çıxan bəzi şok faktları təqdim edirik. 

Məsələn, Binqədəi rayonundakı "Elmed” klinikası Cəbrayıl rayonunun sabiq icra başçısı Mahmud Quliyevə məxsusdur. Belə ki, klinikanın direktoru onun qardaşı oğlu Ramin Quliyevdir. 

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi işləmiş Arif Qaraşov paytaxtın Nəsimi rayonunda yerləşən "Medical Plaza”nın faktiki sahibidir.  Belə ki, klinikanın qanuni təmsilçisi Qaraşova Rəmziyə Sahib qızıdı. R.Qaraşova isə Arif Qaraşovun həyat yoldaşıdır.

A.Qaraşovun geniş biznes şəbəkəsinə sahib olduğu məlumdur. Onun qardaşı Taleh Qaraşov isə Lənkəran rayon icra hakimiyyətinin başçısıdır.

"Odlar Yurdu” Universitetinin rektoru, sabiq millət vəkili Əhməd Vəliyev "Oksigen” klinikasının sahibidir. Klinikaya onun kiçik oğlu Munir Vəliyev rəhbərlik edir.

"OFKO” Göz Klinikasının sahibi Cavanşir İbrahimov isə Azərbaycan Yazıçılar Birliyinin katibi Nazim İbrahimovun oğludur. N.İbrahimov qurumun sədri, xalq yazıçısı Anar Rzayevin "sağ əl”i hesab olunur və AYB-nin maliyyə-təsərrüfat məsələlərinə əsas məsul şəxs sayılır. Daha əvvəllər isə Bakı şəhərinin Yasamal (keçmiş Oktyabr) rayonu partiya komitəsinin I katibi (1971-1980), Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri (1980-1988), "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru (1991-1992), "Azərbaycan" nəşriyyatının baş direktoru (1993-2005) 

"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov da özəl tibb sektorunda pay sahibi olan məmurlardandır. Belə ki, "Diaqnoz” Tibb Mərkəzinin məhz "Azərsu” "şef”inə məxsus olduğu deyilir. 

Həm də Azərbaycan Kikboksinq Federassiyasının prezidenti olan deputat Adil Əliyev də ölkənin sağlıq  sektorunda pay sahibi olanlardan biridir. Onun paytaxtda "Uzun Ömür” adında klinikası fəaliyyət göstərir.

Ötən ilin yayında bağlandığı deyilən, amma sonradan yenidən fəaliyyətə başladığına dair məlumatlar yayılan "Real" Tibb Mərkəzi isə Azərbaycanın ən varlı məmurlarından biri sayılan Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova məxsusdur. Belə ki, icra başçısı hələ 1999-cu ildə yaradılmış "Real-İnşaat" firmasının həmtəsisçisi, 2004-cü ildə isə Sumqayıt şəhərində qurulan "Real Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub.

"Mediland Hospital” klinikasının isə millət vəkili, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovundur. Hospitalı onun deputat qardaşı Malik Həsənova nəzarət edir. 

Mövzu ətrafında araşdırmalarımız davam edir. Əldə etdiyimiz yeni faktları yaxın vaxtlarda oxuya biləcəksiniz. Odur ki, bizi izləyin...

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300