İlqar Vülqaroğlu:Cəmiyyətin korrupsiyadan azad olması üçün ilk növbədə ictimai təsirləri artırmaq lazımdır. 

 

İctimai -siyasi fəal, jurnalist İlqar Vülqaroğlu ilə uluyol.info olaraq ölkədəki iqtisadi durum,korrupsiya faktları barədə fikirlərini öyrəndik:


İlqar bəy, korrupsiyanı necə xarakterizə edərdiniz?

 

- Korrupsiya iqtisadi sahədə sağlam bazar rəqabəti mexanizminin pozulmasına, inhisarçılığın yaranması və inkişafına, dövlət büdcə vəsaitinin, xüsusən dövlət sifarişlərinin bölünməsi və kreditlərin qeyri-səmərəli paylanılmasına, cəmiyyətin əksəriyyətinin hesabına korrupsiya münasibətlərində olan bir qrup insanın əsassız varlanmasına, korrupsiya elementlərinin hesabına malın və xidmətlərin qiymətinin artmasına, gizli iqtisadiyyatın formalaşması və inkişafı üçün əlverişli şəraitin yaranmasına gətirib çıxarır ki, bu da son nəticədə dövlətin öz iqtisadi funksiyasını tam həcmdə, səmərəli və ədalətli şəkildə həyata keçirməsinə maneçilik törədir. Korrupsiya ölkənin maddi həyat nemətlərinin kiçik oliqarxik qrupun xeyrinə ədalətsiz şəkildə bölünməsinə, cəmiyyətin böyük hissəsinin yoxsullaşmasına və ölkədə sosial gərginliyin artmasına səbəb olur. Korrupsiya cəmiyyətin ayrı-ayrı strukturlarının həyatını nizamlayan əsas vasitəyə çevrilməklə qanunu, hüququ nüfuzdan salır. Siyasi sahədə isə korrupsiya siyasətin məqsədinin ümummillilikdən oliqarxik klan və qruplaşmaların hakimiyyətinin təmin olunmasına, kapitalı xaricdə gizlədən korrupsionerlərin ölkənin milli təhlükəsizlik maraqlarına xəyanət etmələrinə, beynəlxalq arenada ölkənin nüfuzdan düşməsinə, onun siyasi və iqtisadi cəhətdən təcrid olunmasına, cəmiyyətin hakimiyyətə inamının azalmasına, insanlarda demokratik dəyərlərə dair ümidsizliyin yaranmasına və başqa, totalitar dövlət forması olan diktaturaya yol açır. Dünyanın demək olar ki, bütün ölkələrində korrupsiya halları mövcuddur. Ona görə də beynəlxalq səviyyədə korrupsiya ilə mübarizənin gücləndirilməsi məsələlərinə BMT, Avropa Şurası kimi təşkilatlar da xüsusi diqqət yetirir. 

Azərbaycanda hər kəs korrupsiyann olmasını bildirir. Sizcə Azərbaycanda korrpusiyanın əsas səbəbləri nədir?

 

-Azərbaycanda korrupsiyanı yaradan səbəblər hakimiyyətdə olan məmurların pul qazanmaq hərisliyidir. Yəni yuxarıdakı təsnifatda deyildiyi kimi yüksək çinli məmurlar vətəndaşlara verilən hüquq və imtiyazları onlara satırlar. Sadəcə MTN olaylarını yadınıza salın. O vəzifə sahiblərindən niyə pul tələb olunurdu? Ona görə ki, onlar korrupsiyaya bulaşmış adamlar idi. Hökumət korrupsiyanı yaradan səbəbləri aradan qaldırmaq üçün tədbirlər həyata keçirməlidir, Azərbaycan hökuməti isə bunu istəmir. Təsəvvür edirsinizmi, Təhsil Nazirliyinin 2015-ci il üzrə rəsmi hesabatında korrupsiyada adı hallandığına görə 21 nəfər vəzifəli şəxsin işdən qovulması göstərilir. Bu üzə çıxandır və yalnız bir strukturdadır. Buna görə də korrupsiya ilə tam əhatələnmiş məmur ordusu  heç vaxt maraqlı olmayacaq ki, korrupsiya halları aradan qalxsın.

 

Cəmiyyət korrupsiyadan yaxa qutarmaq üçün nə etməldir?

 

- Cəmiyyətin korrupsiyadan azad olması üçün ilk növbədə ictimai təsirləri artırmaq lazımdır.  Həm də normal vətəndaş cəmiyyəti formalaşmalıdır. Azərbaycanda isə vətəndaş cəmiyyətini sıradan çıxarmaq üçün hökumət bütün üsullardan istifadə edir. Eyni zamanda insanların maddi durumu normal olmadığından onlar öz hüquqları uğrunda mübarizə aparmağa maraq göstərmirlər. Digər tərəfdən hökumət özündə cəsarət tapıb korrupsiya əleyhinə islahatlar aparmalı və müvafiq mexanizmlər hazırlamalıdır ki, məmurların korrupsiyaya meylliliyi azalsın. Bu günkü hökumətin isə bu cür addımlara meylliliyi təəssüf ki, görünmür.

 

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300