Neftçala şəhər İstehsalat Təmir İstismar Sahəsinin rəisi Firudin Nağıyev içkili vəziyyətdə idarə etdiyi 50 CD 060 dövlət nömrə nişanlı "Land Lover” markalı avtomobilini idarə edərkən rayonun Heydər Əliyev Mərkəzinin qarşısında inək vuraraq qəza törədib

 


Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Firudin Nağıyev polis əməkdaşlarına qarşı kobud davranıb:

"Siz kimi saxlamısınız bilmirsiz? Mən Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin sağ əliyəm. Mənə kim nə edə bilər, içmişəm əcəb eləmişəm.

Firudin Nağıyev polislər tərəfindən Neftçala rayon polis bölməsinə aparılmasına baxmayaraq, İsmayıl Vəliyevin təzyiqindən sonra dərhal sərbəst buraxılıb.

Xatırlatmaq istəyirik ki, bir müddət əvvəl bir qrup Neftçala rayon sakini AzMedia.info saytı vasitəsilə Firudin Nağıyev barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Ramil Usubova, Azərbaycan Respublikasının Vergilər naziri Fazil Məmmədova, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırova müraciət edib. Müraciətdə sakinlər Neftçala şəhər İstehsalat Təmir İstismar Sahəsinin rəisi Firudin Nağıyevin qanunsuz əməllərindən, həmçinin qanunsuz gəlir əldə etmək məqsədi ilə bələdiyyəyə məxsus torpaqlarda dövlətin təbii sərvətini öz biznesi kimi istifadə etməsindən şikayətlənmişdilər.

Bundan başqa Firudin Nağıyevin narkotik maddələrin təsiri altında bələdiyyə tərəfindən bir çox təşkilatın yerləşdiyi inzibati binanın ətrafına çəkilmiş qoruyucu zənciri və metal dirəkləri üçüncü dəfə oğurlayarkən bələdiyyə işçiləri tərəfindən yaxalandığını və bu zaman tabeçiliyində olan ekskavator sürücüsünə ekskavatoru bələdiyyə işçilərinin üzərinə sürməsini əmr etmişdir.(nia.az)

Qarşı tərəfin mövqeyi dərc etməyə hazırıq.

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300