"The Guardian” yazır ki, Avropa İttifaqının qarşıdan gələn sammitində qəbul oluna biləcək birgə bəyannamə layihəsinin mətni ilə tanış ola bilib. Bu sənəddə Rusiyaya Hələbin bombardmanına görə sanksiya xəbərdarlıqları edilir.

Məqalədə deyilir ki, cümə axşamı Brüssel sammitinə təşrif gətirmiş Britaniya baş naziri Theresa May Avropa rəhbərliyini Kremlin Suriyadakı "dəhşətli qətliamlarının” dayandırılmasına çağırıb.

Baş nazir deyib ki, Avropa Rusiyanın təcavüzkarlığına qarşı "möhkəm vahid cəbhədən” çıxış etməlidir.

Beləliklə, Theresa May Ruisya üzərinə təzyiqi artırmaq əzmində olan fransalı və alman həmkarları Francois Hollande və Angela Merkelə dəstək vermiş olub.

Hollande deyib ki, Rusiya Hələb şəhərini yer üzündən silmək əzmindədir.

"The Guardian” yazır ki, Avropa İttifaqının üç ən böyük ölkəsinin dəstəklədiyi bəyannamə layihəsi bundan əvvəlki sanksiya bəyanatlarından daha sərt və güclüdür.

Sənəddə deyilir ki, Suriyadakı qətliamlar dayandırılmasa, Aİ Rusiyanın həm ayrı-ayrı fərdlərinə, həm də şirkətlrəinə qarşı sərt sanksiyalar qəbul edə bilər.

Aİ-dəki mənbədən alınan məlumatda deyilir ki, sanksiyalar üzv ölkələr tərəfindın razılaşdırıldılqan sonra səfərlərinə qadağam qoyulan fərdlərin və aktivləri döndurulan şirkətlrəin siyahısı elan ediləcək.

"The Guardian” yazır ki, Aİ xarici işlər nazirləri bundan əvvəl Rusiyaya qarşı mümkün hərbi cinayət ittihamlarının irəli sürülməsi məsələsini müzakirə ediblər.

Bundan başqa Theresa May Avropa liderlərini əmin edib ki, Britaniya Aİ-dən ayrıldıqdan sonra da etibarlı partnyor olacaq qalacaq.

"The Guardian” yazır ki, çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinin Almaniya kanselri Angela Merlellə və Fransa prezidenti Francois Hollande-la görüşündən sonra Moskva Suriyadakı "humanitar fasiləni” uzadıb. (BBC azeri)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300