Bu gün Müsavat Partiyasının rəhbərliyinin Almaniyaya səfəri başlayıb.

Müsavat başqanı Arif Hacılı, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, başqan müavini Yadigar Sadıqov və Məclis üzvü Nazim Azadoğlu mühacir müsavatçıların yaratdığı Avropa Müsavatçılarının Kordinasiya Mərkəzinin konfransında iştirak edəcəklər.

Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzi (AKM) 22 oktyabr 2016-cı il tarixində keçirəcəyi təsis konfransından sonra Azərbaycan Respublikasının müstəqillik gününə həsr olunmuş bayram tədbirində "Mühacirlər” layihəsinin iki hissədən ibarət ikinci filminin birinci hissəsi nümayiş olunacaq, – jurnalist Əkrəm Yafəzoğlu məlumat verib.

"Film bir siyasi mühacirin – müsavatçı İlham Həsənin 1988-ci ildən bu günümüzə kimi Kəlbəcərdən Frankfurta kimi keçdiyi şərəfli mübarizə yolundan bəhs edir. Filmdə qəhrəmanımızın ətrafında cərəyan edən hadisələrlə yanaşı, həmin dövrlərdə Azərbaycanda, eləcə də Qarabağ ətrafında baş verənlər, Naxçıvanda gedən prosseslər, Gəncə "qiyamı”, hakimiyyətin dəyişməsi və s. hadisələr öz əksini tapır. Filmin ikinci hissəsi üzərin də tamamlanma işləri yekunlaşdıqdan sonra filmin yayımlanması nəzərdə tutulur”, – Yafəz Əkrəmoğlu bildirib.

Səfər çərçivəsində Müsavat rəhbərliyinin bir sıra rəsmi və qeyri-rəsmi görüşlər keçirəcəyi planlaşdırılır.

Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300