Elman Fəttah: "Tələm-tələsik məhkəmə keçirilərək, ərizəsinin rədd edilməsi haqda qərar verilib”

Dekabrın 8-də həbsdəki Müsavat başqanının müavini Yadigar Sadıqovun cəzasının çəkilməmiş hissəsinin başqa cəza ilə əvəz olunması barədə müraciətinə baxılıb. Qaradağ Rayon Məhkəməsində keçirilən prosesdə vicdan məhbusunun müraciəti təmin olunmayıb. Bu barədə müsavat.com-a Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttah məlumat verib: "Dekabrın 8-də Yadigar bəyin məhkəməsi oldu. O, noyabr ayında cəzasının çəkilməmiş hissəsinin başqa cəza növü ilə əvəz edilməsi haqda Qaradağ Rayon Məhkəməsinə ərizə vermişdi. Məhkəmə dekabr ayının 4-nə təyin olunsa da, anidən və izah edilmədən təxirə salınmışdı. Yenə də xəbər verilmədən tələm-tələsik məhkəmə keçirilərək, ərizəsinin rədd edilməsi haqda qərar verilib”.

Xatırladaq ki, Y.Sadıqov 2013-cü il iyunun 27-də Lənkəran sakini Rəşid Kərimovun şikayəti əsasında şübhəli şəxs kimi həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə hökmü ilə başqan müavini 6 il müddətinə azadlıqdan məhrum edilsə də, növbəti instansiya məhkəmələri onun həbs cəzasını 3 il yarıma qədər endiriblər. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300