Suriya hərbçiləri bəyan ediblər ki, Türkiyə hərbi təyyarələri ölkənin hava məkanına girdiyi təqdirdə vuracaqlar.
Avropa.info xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələri bəyanat yayıb.
"Türk hərbi təyyarələrinin Suriya hava məkanını istənilən pozma cəhdi öz cavabını alacaq. Onlar əldə olan bütün mümkün vasitələrlə vurulacaq” – bəyanatda belə deyilir.
Qeyd edək ki, Türkiyə hərbi təyyarələri bir neçə gündür Suriya ərazisində PKK-terror təşkilatının Suriya qolu PYD/YPG-ni bombalayır.