Bundan sonra hökumət məhdud da olsa, EİTİ-nin tədbirlər planında nəzərdə tutulan məsələlərə dair bəzi sağlamlaşdırıcı addımlar atdı. Ancaq əsas problemlər həll olunmamış qaldı. Hökumət son aylar vətəndaş cəmiyyətinə qarşı yeni repressiyalar başladıb.

Hökumət Azərbaycanın EİTİ QHT Koalisiyası təmsilçilərinə təzyiqlər etməklə, onların EİTİ-nin qarşıya qoyduğu məqsədlərə effektiv töhfələr verməsinin qarşısını alır.

Saxta ittihamlarla həbs edilən EİTİ QHT Koalisiyasının iki üzvü, Asif Yusifli və Fuad Qəhrəmanlı hələ də həbsdə qalır. AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli 2014-cü il noyabrın 25-də həbs edilib. Ona qarşı fırıldaqçılıq və saxtakarlıq ittihamları irəli sürülməklə, 6 illik həbs cəzası verilib. AXCP sədr müavini Fuad Qəhrəmanlı Facebook-da yazdığı statusa görə dini nifrəti alovlandırmaqda ittiham olunaraq, 8 dekabr 2015-ci ildə həbs edilib. Onun Facebook şərhi ifadə azadlığından legitim istifadə hüququnu özündə ehtiva edir. Amnesty İnternational Fuad Qəhrəmanlını vicdan məhbusu elan edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib, cinayət işi prosesi hazırda davam edir. Hər iki məhbusa qarşı irəli sürülən ittihamlar siyasi motivlidir və onların müxalif siyasətçi kimi fəaliyyətlərinin qarşısını almaq məqsədi güdür.

Daha sonra, Fuad Qəhrəmanlının xanımı, Zümrüd Yağmurun "Ölkə adı: 22” romanının kitab mağazalarında satışına qadağa qoyuldu. Buna səbəb kitabın tənqidi ruhda yazılmasıdır.

EİTİ Koalisiya Şurasının daha bir üzvü və Demokratik İslahatlar Uğrunda Cəmiyyətin sədri Oqtay Gülalıyev 2012-ci ildə başlayıb və hələ də davam edən cinayət işi prosesi ilə əlaqədar səyahət qadağası ilə üzləşib. 20 aprel 2012-ci ildə Gülalıyev barəsində "hökumətin qanuni əmrlərinə fəal itaətsizlik”, "zorakılıq və kütləvi iğtişaşlara çağırış” ittihamları ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. 13 iyun 2012-ci ildə Sabirabad rayon Məhkəməsi həbs-qətimkan tədbirini dəyişərək, polis nəzarətində qalmağı şərtilə onu şərti azadlığa buraxdı. Ancaq ona qarşı açılmış cinayət işi hələ də bağlanmayıb.

Koalisiyanın digər üzvləri Zöhrab İsmayıl, Elçin Abdullayev və Səbuhi Qafarov həbsə düşməmək üçün 2014-cü ildə QHT-lərə qarşı başlanan cinayət işinə görə ölkəni tərk etməyə məcbur olub. Rəsul Cəfərov və İntiqam Əliyev də daxil olmaqla, bir neçə QHT sədri o vaxtı bu cinayət işi ilə əlaqədar həbs edilmişdi.

Məhdudlaşdırıcı QHT qanunları da QHT-lərin fəaliyyətinə maneə törədir. Bakıdakı müstəqil üzvlərin fəaliyyət imkansızlığı Koalisiyada hökumət yönlü QHT-lərin sayının artmağına gətirib çıxarıb. Bu da hökumətə imkan verib ki, EİTİ çərçivəsinə QHT-lərin fəaliyyətini nəzarətdə saxlasın.

Biz EİTİ İdarə Heyəti üzvlərinə çağırış edirik ki, aşağıdakı məsələlər həll edilməyənə qədər Azərbaycanın təşəbbüsə üzvlüyü dayandırılsın:

QHT-lərin fəaliyyətini məhdudlaşdıran QHT qanunları ləğv edilsin və vətəndaş cəmiyyəti üçün normal iş mühiti yaradan qanunlar qəbul edilsin;

Xarici maliyyələşmə üçün QHT-lərə qoyulan lüzumsuz tələblər aradan qaldırılsın;

EİTİ üzvləri Fuad Qəhrəmanlı və Asif Yusifli də daxil olmaqla, dərhal və qeyd-şərtsiz Azərbaycandakı bütün siyasi məhbuslar azad edilsin;

Müstəqil QHT-lərə və hökumət tənqidçilərinə təzyiq məqsədilə cinayət işlərinin quraşdırılması ənənəsinə son qoyulsun, QHT və onların sədrlərinin bank hesabları açılsın, hökumət tənqidçilərinin kitablarının satışına və xaricə səyahətlərinə qoyulan qərəzli qadağalar aradan qaldırılsın;

Vətəndaş cəmiyyəti təşkilatlarının işinə maneə yaradan qeydiyyat prosedurları sadələşdirilsin.

Məktubu imzalamış beynəlxalq təşkilatlar:

ARTICLE 19

CEE Bankwatch Network

Civil Rights Defenders

Crude Accountability

Freedom House

Freedom Now

Human Rights House Foundation

Index on Censorship

Institute for Reporters’ Freedom and Safety

International Media Support

International Partnership for Human Rights

Netherlands Helsinki Committee

Norwegian Helsinki Committee

PEN America

PEN International

People in Need

Urgewald

World Organisation Against Torture (OMCT)

                                                                                                                                                  //azadliq.info//

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300