Prezident Barak Obamanın ata bir ana ayrı qardaşı Malik respublikaçı namizəd Donald Trampın qonağı qismində prezidentliyə namizədlər arasında sonuncu debata gələcək. Prezidentin Keniyadakı əmisi "Amerikanın Səsi"nə deyib ki, o, Malikin Trampın kampaniyasında alət kimi istifadə olumasına imkan verdiyinə inanır.

O bildirib ki, Malik prezidentliyə respublikaçı namizədi dəstəkləyən yeganə ailə üzvüdür.

"Mən Donad Trampı dəstəkləyən heç bir kəs görməmişəm. Malikdən başqa qalanlar Hillari Klintona böyük rəğbət bəsləyir”-deyə Səid Obama Keniyadakı evindən Amerikanın Səsinə verdiyi müsahibədə bildirib.

O deyib ki, Maliklə tez-tez danışmır və onunla keçən il prezident Obamanın Keniyaya səfərindən sonra görüşməyib. O eyni zamanda, Malikin Donald Trampın dəvətini qəbul etməsi və respublikaçı namizədə nəyə görə dəstək verməsini çaşqınlıqla qarşıladığını deyib.

"Mən başa düşmürəm ki, o niyə prezidentə qarşı ondan istifadə edilməsinə razı olub”-deyə o bildirib.

ABŞ vətəndaşı və Merilend ştatında qeydiyyatdan keçmiş seçici olan Malik Obama hazırda Keniyada yaşayır. O, uzun illər Demokrat partiyasının tərəfdarı olub, lakin sonradan Trampı dəstəkləməyə başlayıb.

"Donald Tramp mənim xoşuma gəlir, çünki o, ürəkdən danışır”-deyə o, New York Post qəzetinə müsahibədə bildirib. O daha sonra əlavə edib: ”Amerikanı yenidən qüdrətli edək” çox yaxşı şüardır. Mən onunla görüşmək istəyirəm.”

Malik eyni zamanda, prezident Barak Obama administrasiyası ilə bağlı dərin narazılığını ifadə edib.

Keniyda anadan olmuş Malik Obama kiçik qardaşı Barakla ilk dəfə 1985-ci ildə görüşüb.

Malik Obama 2013-cü ildə ABŞ-da əlaqələrindən istifadə edərək, Siaya vilayətində işsizlik və yoxsulluqla mübarizə aparacağına söz verərək seçkili vəzifəyə seçilmək üçün yarışlara qatılıb, lakin məğlub olub.(amerikanınsesi.org)

Uluyol.info


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300