Bu gün Bakı Hərbi Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin Bilacəridəki N saylı hərbi hissəsində əsgər Tapdıq Babaşovun intiharı, digər əsgərlərə işgəncə verilməsində təqsirləndirilən manqa komandirləri Ruslan Cavadov, Elməddin Babayev və Cəmil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
Prosesdə hökm oxunub.
 
Təqsirləndirilən şəxslərdən Ruslan Cavadov 10 il, Elməddin Babayev və Cəmil Ağayevin hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, təqsirləndirilən şəxslər əsgərləri, o cümlədən Tapdıq Babaşovu sırada düzgün addımlamamaq, axşam "yat" komandasından sonra öz aralarında danışmaq və başqa bəhanələrlə döyüblər.
 
Hadisə baş verən gün isə Tapdıq Babaşov tualeti yumaq göstərişinə əməl etmək istəmədiyinə görə manqa komandiri Ruslan Cavadov onu elə ayaqyolunda döyüb, çəkməsinin ipi ilə boğub. Bundan sonra Babaşov özünü üçüncü mərtəbədə yerləşən ayaqyolunun pəncərəsindən ataraq intihar edib.
 
Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə təqsirləndirilirlər. (Qafqazinfo)
 
Əsgərin ölümünə görə komandirlərə hökm oxundu - 27 il
 
Əsgərin ölümünə görə komandirlərə hökm oxundu - 27 il
 
Əsgərin ölümünə görə komandirlərə hökm oxundu - 27 il

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300