Redaksiyaya müraciət etmiş oxuculardan biri "Park Cinema” kinoteatrında vaxtı ötmüş məhsulların satıldığını bildirib. Oxucu yazır ki, "Park Bulvar” ticarət mərkəzində yerləşən kinoteatra daxil olaraq kino bileti və çips alıb. Yalnız sonradan görüb ki, çips üçün sousun istifadə müddəti ötüb.

"Salam. Sizə bu gün qarşılaşdığım hadisə barədə yazmaq istəyirəm. Kino həvəskarı olduğum üçün tez-tez kinoteatra gedirəm. Başqa bir kinoteatrın fəal istifadəçisi olmağıma baxmayaraq, seansın daha uyğun vaxtına görə "Park Cinema”ya getdim və peşman oldum...

Bilet aldım, sonra isə çips almaq qərarına gəldim. Seansın başlama vaxtını gözləyərək kənara çəkildim və çipsləri yemək istədim. Sousu açdığım zaman gördüm ki, onun istifadə müddəti bitib. (Şəkildə özünüz də görə bilərsiniz). "Park Cinema”da vaxtı ötmüş məhsulları necə satmaq olar? Bu haqqı onlara kim verib? Bu suallara cavab mənə qaranlıq qaldı. "Park Cinema”nın işçiləri də cavab verə bilmədilər...” – oxucu yazıb.(Virtualaz.org)


Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300