Həbsdə olan Jurnalist Araşdırma Mərkəzinin rəhbəri Fikrət Fərəməzoğluna qarşı yeni maddələr üzrə ittiham irəli sürülüb.Uluyol.info-nun verdiyi xəbərə görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.


"Fikrət Fəraməz oğlu ilə görüşdüm. Həbsdə saxlanılmasının 4 -cü ayının bitməsinə azı qalmış onunla ilk istintaq hərəkəti - əlavə dindirmə aparıldı. Ona CM-nin 182.2.1, 182.2.2 və 182.2.4 cü maddələri ilə yeni məzmunlu absurd ittihamlar irəli sürüldü. İttiham kökündə onun söz azadlığı hüquqndan istifadə etməsi durur. İttihamlar əsasında ölkədə əxlaqsız yuvalar təşkil edilməsi barədə Fikrət İbişbəylinin yazıları durur. Obyekt sahibləri şikayət ediblər ki, Fikrət Fəraməzoğlu yazıları qərəzlidir, yalandır, onların şərəf və ləyaqətini ləkələyir və Fikrət Fəraməzoğlu bu yazıları onlardan pul tələb etmək məqsədilə yazıb. Lakin, ortada pul tələb edilməsi ilə bağlı heç bir sübut yoxdur.

Biz istintaq qarşısında Fikrət Fəraməzoğlunun obyekt işləyənlərlə görüşməməsini sübut etmək üçün Fikrətin və onların mobil telefon lokalizasiyalarının, danışıqların ələ keçirilməsi, İbişbəyli Fikrətin cibinə qoyulan pulların üzərindəki əl-barmaq izlərinin çıxarılması və kimə məxsus olduğunun müəyyən edilməsi, Fikrət Fəraməzoğlunun tutulduğu ərazinin TŞ kamera lent yazılarının tələb edilməsi barədə vəsatət qaldırdıq.

Həmçinin işgəncə faktı ilə bağlı Baş Prokurorluqdan gəlib Fikrət Fəraməzoğlunu dindiriblər və o işgəncə barədə ətraflı ifadə verib"
 
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300