İŞİD Mosulda II Dünya Müharibəsi zamanı Hitlerin istifadə etdiyi zəhərli sarin qazından istifadə edə bilər.

Bu barədə "Hürriyet” qəzetinin yazarı Abdülkadir Selvi deyib.

Onun sözlərinə görə, İŞİD-in əlində kimyəvi silahlar var: "Məlumatlara görə, İŞİD bu silahları bir müddət öncə Suriyadan Mosula gətirib. Terror təşkilatının əlində sarin tərkibli kimyəvi qaz bombalarının olduğu iddiaları var. Öldürücü təsiri yüksək olan bu qaz bombaları daha əvvəl Hitler tərəfindən istifadə olunub”.

Yazar qeyd edib ki, Türkiyə Başika bazası da daxil olmaqla, İraqdakı hərbi birliklərində kimyəvi silah hücumlarına qarşı tədbirlər görüb. Əməliyyat başlanmamışdan öncə bu tədbirlər başa çatdırılıb.

Sarin tərkibli qaz bombasının istifadəsi Mosulda təxminən 2 milyon insanın ölümünə səbəb ola bilər. Çünki əməliyyatlar başlayandan sonra, mülki əhalinin çıxışı üçün dəhliz açılsa da, İŞİD insanların çıxışının qarşısını alır.

Qeyd edək ki, sarin qazı 1938-ci ildə alman kimyaçı Gerhad Skrader tərəfindən kəşf olunub. Nasist Almaniyasının istifadə etdiyi sarin qazı "sinir sistemi zəhərləri” qrupuna aiddir. Digər qazlardan rəngsiz və iysiz olması ilə fərqlənir.

İddialara görə, bu qaz bombasından Səddam Hüseyn və Bəşər Əsəd də istifadə edib.//publika
 
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300