Bu kənd təkcə gözəl təbiəti ilə deyil, qəribə adətləri ilə də fərqlənir. Hindistanın turizm məkanlarından biri olan Mavluyong kəndi möhtəşəm təbiətiylə ziyarətçiləri ovsunlayır. Mavluynong əyalətindəki bir kənddə fərqli bir yaşam var: Qadınların hökmran olduğu Hasi tayfası!

Uluyol.info Cebhe.info-ya istinadən xeber verir ki, ölkənin şimal-şərqində olan Meghalaya əyalətindəki kənd yalnız möhtəşəm təbiətiylə deyil, eyni zamanda qadınların suveren olduğu Haşi cəmiyyətinin da ana vətəni kimi diqqəti çəkir. Hasi tayfası olduqca fərqlidir. Sadəcə oğlan uşağına sahib ailələr uğursuz sayılır. Berlinli fotoqrafı Karolin Klüppel təxminən doqquz ay yaşadığı bu kəndin fotoşəkillərindən ibarət olan "Mädchenland”, yəni "Qızlar Krallığı” adlı bir sənədli sərgi hazırlayıb. "New York Times” qəzetinin foto bloku "Lens” ə müsahibə verən Klüppel Hasi cəmiyyətində qız uşaqlarının xüsusi bir yeri olduğunu bildirib. "Mədəniyyətləri haqqında klassik bir sənədli sərgi etmək istəmədim” deyən foto sənətçisi məqsədinin Hasi qızlarının özündən əmin görünüşü və davranışlarını nümayiş etdirmək olduğunu qeyd etdi. Sənətçinin şəkillərində də qız uşaqlarının özlərindən əmin davranışları gözdən yayınmır. Dünyanın nadir toplumlarından biri olan Hasi mədəniyyətində ailənin sərvəti ən kiçik qız uşağına qalır .Ən maraqlısı budur ki, gənclər evlənəndə bəy gəlinin evinə yerləşib yaşayır. Uşaq olanda isə ona qadının soyadı verilir.

 

Uluyol.info


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300