Bu gün, oktyabrın 19-da Ukrayna və Rusiya prezidentləri Berlində görüşür. Almaniya kansleri Angela Merkel Ukrayna münaqişəsini müzakirə etmək üçün Fransa prezidenti Francois Hollande-ı də Berlinə dəvət edib. Keçən il də bu dördlük Fransada görüşmüş, Ukrayna ərazisində genişmiqyaslı əməliyyatların – separatçılarla Ukrayna əsgərləri arasında döyüşlərin səngiməsinə nail olmuşdular. Amma Ukraynada münaqişə davam edir və Ukrayna prezidenti Petro Poroshenko bugünkü görüşdən yüksək nəticə gözləmədiyini deyib.

680 FİZİKİ ŞƏXS VƏ 270 ŞİRKƏT

Görüş ərəfəsində Petro Poroshenko-nun saytında Rusiyanın iri şirkətlərinə və fiziki şəxslərinə əlavə sanksiyaların qoyulması barədə göstəriş dərc olunub. Sanksiya siyahısında 680 fiziki şəxsin, 270 rus şirkətinin adı var. Sənəddə bütün bu şirkətlər və şəxslərin Ukraynaya təcavüzdə əli olduğu deyilir.

Əslində sanksiyalar barədə sənədi Ukrayna Təhlükəsizlik Şurası hələ sentyabrda hazırlayıb. Keçən ilki sanksiyaların müddəti də bu ilin sentyabrında bitmişdi. Fəallar prezidentin Rusiyaya yeni sanksiyalar barədə göstərişinin gecikməsindən narahat idilər.

Ukraynanın Rusiyaya qarşı ilk sanksiyalar siyahısında daha az – 355 fiziki şəxsin, 160 şirkətin adı var idi.

Adı builki siyahıya düşənlər arasında Rusiya baş nazirinin müavini Dmitry Rogozin, senator Yelena Mizulina, Dövlət Dumasının üzvü, Liberal Partiyasının sədri Vladimir Zhirinovsky, Ukraynadan ilhaq olunmuş Krım vilayətinin rəhbəri Sergei Aksyonov, onun müavini Ruslan Balbek də var.

RUSİYADA 4 MİLYONDAN ÇOX UKRAYNALI

«Kyiv Post» qəzetinin məlumatına görə, oktyabrın 17-dən etibarən Rusiyanın iri neft hasilatçısı «Bashneft»in də Ukrayna ərazisində əməliyyatları məhdudlaşdırılır. «KamAZ», «Transmashholding», «Rusal», «UTair» şirkətlərinin də adları sanksiyalarla üzləşən şirkətlərin siyahısındadır.

Əslində Ukrayna rəsmiləri Rusiyayla viza rejiminin də tətbiqini istəyirdilər. Amma Ukrayna xarici işlər naziri Pavlo Klimkin viza məsələsinin Rusiyada yaşayan Ukrayna vətəndaşlarına zərər vura biləcəyini deyib.

Gazeta.ru saytı hazırda Rusiyada 4 milyondan çox ukraynalının işlədiyini yazır. (azadliq.org)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300