Nizami rayonu, Elşən Musayev küçəsi 148 ünvanında yaşayan məcburi köçkün ailələri acınacaqlı durumdadır. Bu ailələr 20 ildən çoxdur ki, kiçik daxmalarda ömür sürürlər. Taxtadan, kartondan düzəltdikləri daxmaların taxtaları köhnəldiyindən qəzalı duruma düşüb. Palçıqlı yollar, ensiz küçələr, bir-birinə dolaşan elektrik xəttləri, binanın üzərini hörümçək toru kimi sarmış su vəkanalizasiya boruları əhalinin çətin vəziyyətindən xəbər verir. Binanın ətrafı xarabalığı xatırladır.

Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub və məcburi köçkün ailələrinin gileyini dinləyib.
Sakinlər bildirirlər ki, son iki gündür yağan yağışlar ərazini bataqlığa çevirib, axan sel suları evlərinin içinə dolur. Dəfələrlə bununla bağlı aidiyyatı qurumlara müraciət etsələr də, heç kim onların problemləri ilə maraqlanmayıb.

Əməkdaşımızın hazırladığı videomaterialı təqdim edirik.

Məğrur Mərd
Fotolar və video müəllifindir

 
 










Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300