Tanınmış azərbaycanlı riyaziyyatçı, Rusiyada və Türkiyədə məşhur universitetlərdə dərs deyən, professor Afət Fətullayev 54 yaşında dünyasını dəyişib. Həmyerlimiz son vaxtlar xərçəng xəstəliyindən əziyyət çəkirdi. Türkiyə Başkənt universitetində Afət Fətullayevin ölümü ilə bağlı bir sıra tədbirlər keçirilib. Həmkarları və tələbələri onun haqqında xatirələrini danışarkən göz yaşlarını tuta bilməyiblər. Bu barədə Türkiyə mətbuatında da məlumatlar dərc edilib. 

Qeyd edək ki, professor Başkənt universitetində riyaziyyat bölməsinin başqanı olub. Dünyada isə həmyerlimizi daha çox Afət Qolayoğlu kimi tanıyırdılar. 

Afət Fətullayev Qolay oğlu 1962 - ci il aprelin 10-da Füzuli rayonunda anadan olub, 1978-ci ildə fizika-riyaziyyat təmayüllü liseyi fərqlənmə diplomu ilə bitirərək, Lomonosov adına Moskva Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə daxil olub. Universiteti fərqlənmə ilə bitirdikdən sonra, elə oradaca aspiranturanı oxuyur. 42 yaşında artıq professor elmi adını qazanıb. 1992-ci ildə isə Bakı Dövlət Universitetində 1 il çalışır. Sonra isə Türkiyədə İzmit şəhəri Kocaeli Universitetində dərs deyir. Bir qədər zaman keçir və həmyerlimiz xüsusi dəvət ilə Başkənt universitetinə çağırılır. Və 2000-ci ildən orada çalışır, riyaziyyat bölməsinin başqanı vəzifəsinə kimi yüksəlir. 

Bildirək ki, professor Bakıda dəfn ediləcək. 

 




Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300