Havalar artıq soyumağa başlayıb. Aramsız yağan yağışlar da uzunboğaz çəkmələrə ehtiyac yaradıb. Bəs bilirsinizmi uzunboğaz çəkmə alarkən nələrə diqqət etmək lazımdır?

Aile.lent.az uzunboğaz qış çəkməsi almaq istəyənlər üçün bəzi detalları təqdim edir.

 

Ayaqqabı alarkən sadəcə bir tayını geyinib baxmayın. Hər iki tayını geyinib bir az gəzin. Ayaqqabının üst qisminin mütləq dəridən olmasına isə xüsusi diqqət edin.

 

Ayaqqabı alarkən güvəndiyiniz markaları seçin. Xüsusən də keyfiyyətsiz Çin məhsullarından uzaq durun. Bütün bədənin sinirləri ayaqdan keçir. Saxta marka ayaqqabı ciddi sağlamlıq problemlərinə yol aça bilər. Unutmayın ki, hər şeydən dəyərli bizim sağlamlığımızdır. 

 

Qışda ayaqqabı geyinərkən dabankeşdən mütləq istifadə edin. İstifadə etmədikdə ayaqqabı deformasiyaya uğrayır.

 

Hər birimizin adətidir ki, islanan ayaqqabılarımızı çıxarıb sobanın, ya da kombinin yanında qurumağa qoyuruq. Amma bu, yanlışdır. Qətiyyən belə etməyin. Belə etdikdə ayaqqabının qəlibi pozulur. Ən yaxşısı içinə bir şey qoyun, suyunu çəkməsi üçün kənara qoyun.

 

Ayaqqabı alarkən iç astarlarına da diqqət edin. İç astarı sintetikdirsə, almayın.

 

Ayaqqabı satıcıları məhsulunu satmaq üçün hər şey deyə bilər, siz hər sözə qulaq asmayın!

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300