Noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi prezidentliyə əsas namizəd hesab edilən Hillari Klintonun köməkçilərinin kim olacağı ilə bağlı məlumatlar yayılıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Wikileaks”in sızdırdığı yeni sənədlərdə Hillari Klintonun özünə köməkçi təyin edəcəyi şəxslərin arasında "Coca Cola”nın türk əsilli baş direktoru Muxtar Kent də var.

Hillari Klintonun təbliğat işləri üzrə direktoru Con Podestanın göndərdiyi elektron poçtda prezidentin köməkçisi vəzifəsi üçün 40 nəfərin adı qeyd edilib. Həmin şəxslər arasında türk əsilli biznesmenlə yanaşı "Apple”, "Microsoft”, "General Motors”, "Starbucks” və "Xerox” kimi şirkətlərin rəhbərləri və seçkilərin ilkin mərhələsində Hillari Klintona rəqib olmuş Berni Sandersin də adı var.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300