ABŞ prezidentliyinə namizəd Hillari Klinton dünya əhalisinin əksəriyyətinin dəstəyini qazanıb.
 
APA-nın məlumatına görə, "Gallup İnternational” təşkilatı bu il avqustun sonu-sentyabrın əvvəlində keçirdiyi sorğu əsasında bu qənaətə gəlib. H. Klintonun dəstəkləyənlərin əksəriyyəti Qərbi Avropada və Latın Amerikasında yaşayanlardır.
 
Ümumilikdə sorğuda 45 ölkədən 44200 nəfər iştirak edib. Respondentlərdən ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton və ya Donalt Trampdan hansının seçilməsini istədikləri soruşulub. Sorğu iştirakçılarından 59 faizi Hillari Klintona dəstək ifadə edib. Donald Tramp isə 25 faiz respondentin dəstəyini qazanıb.
 
Hillari Klinton ən az səsi Aİ-yə daxil olmayan Avropa ölkələrindən alıb. "Gallup” belə ölkələrin siyahısında Azərbaycan, Gürcüstan, Makedoniya və Rusiyanın adını qeyd edib. Bu regionlarda keçmiş dövlət katibi 13 faiz, Donalt Tramp isə 32 faiz dəstək qazanıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300